Bölgələrdə 21 fərdi ev şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib
14:12 22.12.2019
Cəmiyyət
511
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astara, Ağdam, Tərtər, Saatlı, İmişli, Zaqatala və s. rayonlarda yeni inşa olunmuş 21 fərdi yaşayış evini şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, evlərin istifadəyə verilməsi tədbirlərində Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş amilinin dayandığı vurğulanıb. Vətəndaş rifahının təminatı istiqamətində tədbirlərin geniş vüsət aldığı, həssas əhali qrupları ilə bağlı mühüm sosial proqramların ildən-ilə genişləndirildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan güclü sosial siyasətin mühüm tərkib hissəsidir. Bu məqsədlə icra olunan proqramlardan biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunmasıdır. Bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib.
Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7256 mənzil və fərdi ev təqdim edilib.
Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial təminatlarının gücləndirilməsinə göstərilən yüksək qayğıya və bu gün yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya