Böyük Qayıdışa dair məşğulluq məsələləri müzakirə olunub
08:05 14.11.2023
Cəmiyyət
452
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan məşğulluq məsələləri ilə bağlı müzakirə aparılıb.
Mərkəzdən “APA-Economics”ə verilən xəbərə görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirak etdiyi görüşdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aktiv işçi qüvvəsi tələb edən sahələr müzakirə olunub. Bu sahələr əsasən dövlət və özəl olmaqla bir neçə istiqamət üzrə təsnifatlandırılıb. Bundan başqa Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə tikintisi planlaşdırılan obyektlər, köçürülən əhalinin peşə hazırlığı, pilot layihələrin icrası və s. digər əhəmiyyətli məsələlərdən danışılıb.
Fikir mübadiləsinin ardınca müzakirələrin davam etdirilməsinə qərar verilib. Həmçinin müzakirə mövzusu olan bölgəyə birgə səfərlərin həyata keçirilməsi və araşdırmaların aparılması haqqında razılıq əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm