Bu il aliment ödəyənlərdən 2400-ü qadın olub - RƏSMİ

Azərbaycanda bu ilin ilk 6 ayında icraatda 131 mindən çox aliment işi olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 126 minədək işdə tam və ya müəyyən gecikmələrlə ödəniş həyata keçirilib.

"İcraatda olan 2400-dək işdə borclu qadınlardır", - məlumatda vurğulanıb.