Bu il Azərbaycanda zorakılığa məruz qalan qadınların SAYI
14:05 28.12.2019
Cəmiyyət
583
2019-cu il ərzində ölkə üzrə 1221 qadına qarşı zorakılıq faktı törədilib.
Bunu APA -ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, bunlar Daxili İşlər Nazirliyi tərəfindən rəsmi qeydə alınan cinayətlərdir: “Yəni bu o demək deyil ki, il ərzində sadəcə bu qədər qadın zorakılığa məruz qalıb. ZAorakılıq faktları ilə üzləşən bəzi qadınlar hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Elə qadınlar var ki, aylarla zorakılığa dözürlər, bu barədə hüquq-mühafizə və aidiyyəti icra hakimiyyəti orqanlarına müraciət etmirlər”.
R.Süleymanzadə qeyd edib ki, 2015-ci ildən məişət zorakılığı ilə bağlı bütün rayonların icra hakimiyyətlərində monitorinq qrupları yaradılıb: “Monitorinq qruplarının yaradılmasında məqsəd rayonlarda baş vermiş hadisə və xüsusilə qadınlara və uşaqlara qarşı törədilmiş zorakılıqlarla bağlı dərhal təxirə salınmadan iclasların keçirilməsi, hadisəyə yerində qiymətin verilməsidir. 2015-ci ildən yaradılan monitorinq qrupları ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələr çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilir.
Monitorinq qruplarının əsas məqsədi yerlərdə baş vermiş zorakılığın araşdırılması və dərhal hüquqi müstəvidə həll olunmasından ibarətdir. Rayon icra hakimiyyəti başçısının müavini, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, eyni zamanda Komitənin nümayəndələri monitorinq qrupunun üzvləridir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət