Büdcəsində pul olmayan bələdiyyələr fəaliyyət göstərməsin - AÇIQLAMA
16:52 05.11.2025
Cəmiyyət
105
Onsuz da iş görə bilmirlər
“Hansı bələdiyyənin sosial müəssisəsi var? Hansı bələdiyyənin idman komandası, peşə məktəbi var? Heç birinin”. Bu barədə Milli Məclisin dünən keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, Azərbaycanda 24 ildir bələdiyyə institutu fəaliyyət göstərsə də, bu məsələni həll edə bilməmişik: “Çünki bələdiyyənin pulu yoxdur. Məncə, biz əhali sayı prinsipi ilə deyil, maliyyə ilə baxmalıyıq. Əhali sayına görə bölsək də, birləşdirsək də, o, fəaliyyət göstərə bilməyəcək”.
Parlament üzvü qeyd edib ki, bələdiyyə müxtəlif işlərlə özünü maliyyələşdirməlidir: “Büdcəsində pul olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir, onsuz da iş görə bilmirlər”. Ölkədə uşaq cinayətlərinin artığını deyən F.Mustafaya görə, buna səbəb uşaqların məktəb mühitindən ayrılması, ailənin nəzarətinin məhdud olması, idmanla məşğul ola bilməməsidir. Deputat bildirib ki, o, sadəcə cinayətə yönələ bilir: "Bu məsələdə əsas təşəbbüsü bələdiyyə öz üzərinə götürməlidir. Bütün xarici ölkələrdə bu belədir. İndiki prinsiplərlə bələdiyyələri inkişaf etdirə bilməyəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi