"Caravan" layihəsi başa çatdı: Gənclər üçün yeni fürsət!
Yusif Nəzərli
13:59 09.10.2023
Cəmiyyət
730
"EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi öz fəaliyyətini uğurla sona çatdırıb.
"Sherg.az" xəbər verir ki, "EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş vacib bir təşəbbüs olub.
Layihə "Joint Civic Development" platforması və "Youth Advisory Club" təşkilatının təşkilatçılığı ilə həyata keçirilib. "Caravan" layihəsinin əsas məqsədi, 16-35 yaş arası gənclərə xarici ekspertlərin müxtəlif mövzular üzərində təlimlər təşkil edərək, bölgələr üzrə maarifləndirmənin inkişafını təmin etmək olub. Layihədə Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna və İngiltərədən mütəxəssislər iştirak edərək, öz bilik və təcrübələrini Azərbaycan gənclərinə ötürüblər. "EENCE Citizenship Education Caravan Azerbaijan 2023" gənclərin ideya və təcrübələrinin mübadiləsi üçün bir mühit yaratmaqla yanaşı, bölgələrdə inkişafın davamlılığını təmin edib.
Layihə sentyabrın 3-dən 9-una qədər Bakı, Mingəçevir, Bərdə, Gəncə və Göygöl şəhərlərində təşkil olunub.
Rayonlar üzrə həyata keçirilən təlim mövzuları:
Bakı - 4 sentyabr: "Vətəndaş təhsili"
Mingəçevir - 5 sentyabr: "Social layihələrin menecerləri üçün təlim"
Bərdə - 6 sentyabr: "Regionlarda yaşayan qadınların inkişafı"
Gəncə - 7 sentyabr: "Az təcrübəli təlimçilər üçün təlim (ToT)"
Göygöl - 8 sentyabr: "Sülh və təhlükəsizlik"
Yüzlərlə gəncə çata bilən layihə Azərbaycanda həm şəhər, həm də rayon ərazilərində vətəndaş təhsilinin inkişafını təmin etmək üçün mühüm addımlar atıb. Qeyd edək ki, layihənin ölkə üzrə koordinatoru Elmurad Məmmədovdur.
"EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi EENCE (Eastern European Network for Citizenship Education) çərçivəsində təşkil edilir. Bu təşkilat 2016-cı ildə qurulmuş və vətəndaşlıq təhsilinin inkişafına dəstək verməklə yanaşı, 100-dən çox təşkilat və mütəxəssisləri birləşdirir. Layihə Federal Agency for Civic Education (Bundeszentrale für politische Bildung / bpb) tərəfindən maliyyələşdirilib və xarici ekspertlərin və təşkilatların dəstəyi ilə həyata keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya