Dağıntılar altında qalan azərbaycanlı tələbələr çıxarılıblarmı? - FOTO
Yusif Nəzərli
08:01 07.02.2023
Cəmiyyət
414
“Türkiyənin şəhərlərində binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlılar barədə araşdırma aparılır”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar dəqiqləşdirilir:
“Hələlik ətraflı məlumat yoxdur”.
Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva Oxu.Az-a açıqlamasında bildirib ki, zəlzələdən əziyyət çəkənlər çoxdur:
“Minlərlə insan zərər görüb. Onların arasında azərbaycanlıları müəyyənləşdirmək üçün çalışırıq. Xüsusilə azərbaycanlı tələbələrlə əlaqədar məlumatlarda dəqiqlik yoxdur. Burada ali məktəblərdə sessiya bitib. Çox tələbə Azərbaycana qayıdıb, ona görə hazırda zəlzələ bölgəsində nə qədər tələbə olduğunu bilmirik”.
Zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin xilas edilməsi barədə yayılan xəbərlərə gəlincə, Aygün Qocayeva bu barədə dəqiq məlumat olmadığını söyləyib:
“Biz həmin tələbələrlə əlaqə qura bilməmişik”.
Qeyd edək ki, Malatyanın İnönü Universitetinin tələbələri olan dörd azərbaycanlının dağıntılar altında qaldığı, ötən gün gecə isə xilas edildiyi haqqında məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 3 381 nəfər həyatını itirib, 20 426 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat