“Danışan gəlincik” Lənkəranda uşaqları sevindirib - FOTO
Yusif Nəzərli
09:43 25.04.2023
Cəmiyyət
368
Paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Akademik Dram Teatrının heyəti “Danışan gəlincik” tamaşası ilə aprelin 24-də Lənkəran Dövlət Dram Teatrında teatrsevərlərin qarşısına çıxıb.
Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” birhissəli musiqili nağıl-tamaşa Əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunub.
Səhnə əsərində rəsmlərin quruluşu əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, musiqi tərtibatı isə Həmid Kazımzadəyə məxsusdur.
Rolları əməkdar artist Şəlalə Şahvələdqızı, Elnar Qarayev, aktyorlar Ramin Şıxəliyev, İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu ifa edirlər.
Tamaşanın rejissor-assistenti Könül Kərimovadır.
Tamaşada varlı şah sarayı və kasıb daxması olan iki ailənin həyat tərzi əks olunub.
Şahzadə padşah olan atasının hər şeyə qadir olduğunu düşünür. Onun rəfiqəsi olmadığı üçün danışan gəlincik alınmasını istəyir. Şahzadənin arzusu dərhal yerinə yetirilir. Kasıb bir ailənin qızını pulla alıb, Şahzadəyə danışan gəlincik kimi hədiyyə edirlər. Dünyada çox şeyi pulla satın almaq mümkün olsa da, insan qəlbini, ailə mehribanlığını, valideyn və bacı-qardaş bağlılığını satın almaq mümkün deyil. Əsərdə bu ideya əsas götürülür və danışan gəlincik şahzadəyə, sözün əsl mənasında həyat dərsi verir.
Kiçik yaşlı uşaqlar və aşağı sinif şagirdləri rəngarəng tərtibat və geyimi, cəlbedici rejissor yozumu, baxımlı aktyor oyunu və oynaq musiqisi olan tamaşaya böyük maraqla baxıblar.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan, 22 və 24 aprel tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə “Heydər Əliyev İli” və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə
Ötən il 17 uşaq müəssisəsində monitorinq aparılıb
14:35 13.02.2026
Sosial
"Ramştayn" Ukrayana 36 milyard dollar həcmində hərbi yardım ayırıb
14:22 13.02.2026
Dünya
Ermənistan-Türkiyə sərhədinin açılma tarixi məlum deyil
14:06 13.02.2026
Gündəm
Yasamalda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb
14:03 13.02.2026
Hadisə
Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ
13:31 13.02.2026
Ekologiya
Şoyqudan Ermənistana xəbərdarlıq: Məhv ola bilərsiniz
13:13 13.02.2026
Dünya