Deputat:"Yoxlamalar aparılır, həbslər olur, nəticə isə görünmür”
Turan
08:46 10.04.2021
Cəmiyyət
878
“Hesablama Palatasının bir sıra qurumlarda yoxlamaları bu və ya digər şəkildə şəffaflığın yaranmasına az da olsa kömək edir”.
Bu sözlərin “Sherg.az”a millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
Deputat bildirib ki, Hesablama Palatasının müxtəlif dövlət qurumlarında yeyintiləri üzə çıxarması, şişirtmələri aşkarlaması, büdcə vəsaitlərinin mənimsəməsini ortaya qoyması müsbət haldır:
“Artıq dövlət orqanları bilməlidir ki, dövlətin büdcəsi nəzərdə tutulan mühüm məsələləri həll etmək üçündür. Büdcə heç kimin şəxsi əmlakı deyil, kiminsə arasından qalan mülk, maliyyə deyil.
Nə qədər pullar ayrılsa da, sosial addımlar atılsa da, Azərbaycanda sosial narazılıq azalmır. Müəyyən vəsaitlər ayrılır və hər bir nazirliyin, komitənin, idarənin qarşısında müəyyən vəzifələr qoyulur ki, dövlət orqanları insanları razı salsınlar, onlardan gələn şikayətləri həll etsinlər. Amma biz bunun şahidi olmuruq.
Şikayətlər və sosial narazılıq günü-gündən artır. “Vətəndaşların sosial vəziyyəti yaxşılaşır” deməklə yalan danışmış olarıq. Reallıq odur ki, iş yerləri bağlanır və xeyli adam işsiz qalır. Rəqabətli əmək haqqları da yoxdur. Bütün bunların fonunda effektiv nəticə doğuran dəyişiklik baş vermir. Yəni bu qədər yoxlamalar aparılır, həbslər olur və s. Amma ciddi nəticə görünmür”.
Parlament üzvü vurğulayıb ki, son illərdə bəzi həbslər həyata keçirilib, vəzifədən çıxarılmalar olub. Lakin bu addımlar vaxtında atılmalı idi:
“Həbslərin gecikməsi yeni oğurluqların, mənimsəmələrin yaranmasına səbəb oldu. İnsanlarda inamsızlıq yarandı ki, fılankəs rüşvət yığır, ancaq onunla bağlı hansısa tədbir görülmür. Həddindən artıq gecikmişik.
Hardasa 10 il yubanmışıq. Ona görə də görülən işlərin nəticəsini tezliklə gözləmək olmaz. Bir neçə il lazım olacaq ki, təmiz cığıra çıxa bilək. Əgər şəffaflığa doğru gedən proses sürətlənərsə, vəziyyət düzələ bilər. Ümid edirəm ki, Hesablama Palatası auditin aparılması üçün yeni mexanimzlər hazırlayacaq.
Bununla oğurluqları, mənimsəmə hallarını daha müfəssəl şəkildə aşkara çıxarmaq mümkün olar. İndi müşahidə etdiklərimiz aysberqin sadəcə görünən tərəfidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya