Dönərxanalar cəmiyyətin bəlasına çevrilib: Qiyməti ucuzlaşdırırlar ki...
Yusif Nəzərli
14:51 26.10.2023
Cəmiyyət
589
Bakıda dönərdən zəhərlənən şagirdlərdən daha biri evə buraxılıb.
Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.
Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Qeyd olunub ki, 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 2 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb:
"Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir", - TƏBİB-dən bildirilib.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, dönərxanalar cəmiyyətin bəlasına çevrilib:
“Azərbaycanda 15 mindən çox dönərxana fəaliyyət göstərir. İllər boyudur Azad İstehlakçılar Birliyi dönərxanalar məsələsini təbiq edir. 2006-cı ildə ölkədə quş qripi tüğyan etdiyi vaxt toyuq dönərinin satışı qadağan olunub. Hələ də o qadağa götürülməyib. Buna baxmayaraq, hazırda toyuq dönərləri satılır. Ona görə toyuq dönərinin satışı dayandırılır ki, toyuq əti tez xarab olan bir məhsuldur. Və bundan ciddi zəhərlənmələr baş verə bilər. Lakin illər öncə Azərbaycanda 2 müəssisəyə icazə verildi ki, həm toyuq hazırlasın,həm də mal ətindən dönər. Bu müəssisələrdə bahalı şok dondurucu aparatlar var.
Dönərlər şişə taxıldıqdan sonra -40 dərəcə dondurulur. Yəni orda olan heyvan xəstəlikləri, digər təhlükəli bakteriyalar məhv olur. Ondan sonra qablaşdırıcılara qoyularaq avtomobilə yerləşdirilir. Tədqiqatlar göstərir ki, 0,5 faiz dönərxanalar oradan dönər almır. Yaxud da 1 dəfə aldıqdan sonra onun kağızını divardan asırlar. Elə bir fikir formalaşdırırlar ki, guya daima bu müəssisədən alırlar. Murdar ətlərin,at, eşşək ətinin şəhərə daşınması da vaxtaşırı izlənilir. Bu istiqamətdə ən uğurlu addımı Daxili İşlər Nazirliyi baş Mütəşəkkil Cinayyətlər qarşı mübarizə idarəsi görür. Onlar ekspertizalar keçirir. Lakin bu məsələnin tam kökündən həll etmir. Çünki tələb var. Dönərlərin insanı zəhərləyən vəziyyətlərindən biri odur ki, bişirilən zaman onun üzəri qızardılır, içərisi isə tam bişmir. Ətin dadını itirən çoxsaylı əlavələr-ketçup, mayonez istifadə olunur. İstehlakçılar baxmadan istehlak edirlər. Nəticədə azyaşlı və gənclərin həyatına təhlükə yaradır. Dönərxanalar insanların tədrici zəhərlənmə mənbəyidir. Bir çox ölkələrdə dönərlər istehsal olunur. Şəxsən mən İsveçrədə dönər yemişəm. Burada qabın içərisində gətirilir, ətin necə bişirildiyini görmək olur. Lakin ölkəmizdə elə bir şəraitdə işləyirlər ki, müştərilər onu müşahidə edə bilmirlər. Dönərxanalar üçün standartlar mövcuddur. Burada gigiyenik tələblər qoyulub.
Çox təəssüflər olsun ki, bu gigiyenik tələblərə riayyət edilmir. Burada ətlərin mənbəyi məsələsi daim şübhə altındadır. Necə olur ki, 1 manat 40 qəpiyə ayran ilə dönər satılır. Keyfiyyətli dönərin qiyməti 2-2.50 qəpik olmalıdır.
Təəssüflər olsun ki, qiyməti aşağı endirməklə böyük şəbəkə heç nəyə məhəl qoymadan öz fəaliyyətlərini davam etdirirlər ".
Ekspert qeyd edib ki, AQTA bu işə cavabdehdir :
“Ancaq bu sahədə rasional iş görmür. Təkcə kütləvi informasiya vasitələri problemləri işıqlandırırlar. Bu problem ondan qaynaqlanır ki, istehlakçı siyasəti çox zəif inkişaf edir. Bu sahədə ciddi addımlar atılmalıdır. Hazırda zəhərlənmələr baş verib. Bu Azad İstehlakçılar birliyini çox narahat edir. Əgər dönərlərdən zəhərlənmə halı qeyd olunması təsdiq olunarsa, zəhərlənmiş şəxslərə konpensassiya verilməsi məsələsi gündəmdə olmalıdır.
Zəhərlənmələr dünya statistikasından 700 dəfə az göstərilir. Qida Təhlükəsizlik Agentliyini KİV və ictimai təşkilatlarla əlbir və fəal işləməyə çağrıram ki, bu problem həll olunsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm