DYP sürücü və piyadalara çağırış edib
Yusif Nəzərli
07:27 07.02.2023
Cəmiyyət
326
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib.
İdarədən Oxu.Az-a daxil olan açıqlamada deyilir:
“Cəmiyyətdə geniş yayılmış və insanlarda narazılıq doğuran pozuntuların, o cümlədən yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən başlanılmış tədbirlər 2023-cü il ərzində də davam edir.
Qarşıda duran əsas vəzifə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media nümayəndələrini cəlb etməklə yol hərəkəti iştirakçıları ilə nəzarət-profilaktik və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsidir.
Cari ilin yanvar ayından başlayan və ilin sonunadək həyata keçirilməsi planlaşdırılan işlər, əsasən, sürücülər tərəfindən dayanma-durma və parklama, həmçinin təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, uşaq travmatizminin minimuma endirilməsi, sürücülərin piyadalara yol verməməsi, eləcə də piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, avtoxuliqanlıq, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması tədbirlərini əhatə edir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında aktiv iştirakçılığa dəvət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat