DYP və MKTB yol işçiləri ilə bağlı sürücülərə müraciət edib
14:32 30.10.2023
Cəmiyyət
491
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (MKTB) sürücülərə təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması üçün müraciət edib.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, müraciətdə paytaxt ərazisində kommunal-təsərrüfat sahəsində çalışan işçilərin günün müxtəlif saatlarında yollarda xidmət etməsini nəzərə alıb hər bir sürücüdən son dərəcə diqqətli olmaq və bu sahədə olan əməkdaşların, xüsusilə paytaxtın mərkəzi küçə və prospektlərində, hərəkət sürəti yüksək olan yollarda xidmətlərini nəzərə almaq xahiş edilir.
"Təbii ki, bütün piyadaların yol hərəkətinin təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etməsi həyati əhəmiyyətli və vacibdir. Lakin unutmaq lazım deyil ki, piyadaların təhlükəsizliyə ciddi şəkildə riayət etməsi ilə yanaşı, sürücülərin də hərəkət iştirakçılarına münasibəti son dərəcə diqqətli olmalıdır. Kommunal sahədə çalışan əməkdaşların avtomobil işığını əks etdirən xüsusi geyim forması və nişanlarla təchiz olunmasına baxmayaraq, müəyyən sürücülərin diqqətsizliyi bəzən xoşagəlməz ağır hadisələri də qaçılmaz edir. Öncə paytaxtın mühitinə, relyefinə düzgün yanaşmağı, ətraf mühiti çirkləndirməməyi, kommunal sahədə çalışan əməkdaşların əziyyətini artıran hərəkətlərə yol verməməyi və yollarda bu növ xidməti göstərən şəxslərə qarşı diqqətli olmağı xahiş edirik", - müraciətdə vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya