
Ekspert: İnsana telefon, televizor kimi ümumi ad vermək olmaz
Yusif Nəzərli
05:32 07.01.2025
Cəmiyyət
607
“Ov”, “yev” soyad sonluqları ilə vidalaşmağın zamanı gəldi
Qırğızıstan milli türk kimliyinə qayıdış yolunda cəsarətli addımlar atır, biz də atmalıyıq
Yeni il ərəfəsində Qırğızıstan parlamenti şəxsiyyət vəsiqələrində milliyyət qrafasının bərpasını və soyad sonluqlarının milli söy-kökə uyğun dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Layihənin müəllifi Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevdir. Yeni qanun layihəsi barədə məlumat verən spiker bildirib ki, qırğız xalqı nəhayət, öz milli soyad sonluğuna keçməlidir. O, yeni ildən etibarən, öz soyadını Nurlan Turqunbek uulu (oğlu) kimi rəsmiləşdirəcəyini də bəyan edib. Qırğız Respublikası Joqorku Keneşinin (Qırğıstan Parlamentinin) sədri Nurlanbek Şakiyev tarixi soy-kökə qayıdışın, milli dəyərlərin fəal təbliğatçısı kimi tanınır. Şakiyev siyasi karyerası boyu rus imperializminə qarşı çıxıb, ölkəsində rus dilinin ikinci dil səviyyəsinə qaldırılmasını daim tənqid edib. Siyasətçi həmçinin qırğız uşaqlarının öz ana dilində təlim-tərbiyə edilməsini vacib sayaraq uşaqlar üçün yayımlanan animasiya filmlərinin rus dilində dublyajının əleyhinə çıxıb. “Ov”, “yev” soyad sonluqları ilə vidalaşmağın zamanı gəldiyini söyləyən spiker parlamentin tribunasından deyib: “Beləliklə, yeni ildən sonra mən Nurlan Turqunbekoviç deyil, Nurlan Turqunbek uulu olacağam”. Soyad sonluqları ilə bağlı qanun layihəsində ilkin olaraq dörd variant təklif edilib. Belə ki, vətəndaşlara rus soyad sonluğu olmayan, ata və baba adları daxil olmaqla, ənənəvi “uulu” (kişilər üçün) və “kızı” (qadınlar üçün) elementləri əlavə edilməklə soyadlar seçmək imkanı müzakirə olunub. Lakin müzakirələr zamanı deputatlar qərara gəlib ki, bir neçə variantın təklifi insanları çaşbaş duruma sala bilər. Çaşqınlıq yaranmasın deyə, parlament vahid variant üzərində dayanmağa qərar verib. Beləliklə, 2025-ci ildə Qırğızıstan soyad sonluqları ilə bağlı vahid qanun qəbulunu reallaşdıracaq. Yeri gəlmişkən, bu qanun layihəsi Nurlanbek Şakiyevin ilk qanunverici təşəbbüsü deyil. Onun indiyədək parlamentə təqdim etdiyi qanun layihələri arasında 1918-1953-cü illərdə siyasi repressiyaya məruz qalmış insanların reabilitasiyası, dövlət bayrağının və himninə dəyişikliklər edilməsi təşəbbüsləri də var. Şakiyev həmçinin, sovetdənqalma təhsil ənənəsinə qarşı çıxıb. O, tədricən, Avropa təhsil sisteminə keçilməsini və təhsildə yeni innovasiyaların tətbiqini təklif edib. Spiker 12 illik orta məktəb təhsil modelinə keçid təşəbbüsü ilə də dəfələrlə çıxış edib. Sosial şəbəkələrin rus seqmentində və Rusiyanın bir sıra media orqanlarında Nurlanbek Şakiyevə qarşı qara piar başladılıb. Onun “ov”-“yev” sonluqlarından imtina edərək milli soyada keçmək təşəbbüsünü Rusiya mediasında “kürəyə saplanmış bıçaq” adlandıranlar da olub.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a deyib ki, Sovet rejimi Qafqazda əsasən Azərbaycanı, Orta Asiyada da türk respublikalarını öz milli kimliyindən uzaqlaşdırmaq, kökündən qaralamaq, ruslaşdırmaq istəyirdi. Ekspert vurğulayıb ki, bunun üçün əsasən türk xalqları hədəf seçilmişdi:

"Ermənilər, gürcülər, ruslar öz milli soyad sonluğunda qaldığı halda müsəlmanları, əsasən də türkləri rus soyad sonluğuna məcbur edirdilər. Doğrudur, Sovet rejimi dağıldı və bu ölkələrin bir çoxu müstəqillik əldə etdi. Lakin Rusiyanın təsiri hələ də o ölkələrin üzərindədir. Buna baxmayaraq, Özbəkistan, Qazaxıstan, ələlxüsus Qırğızıstan milli türk kimliyinə qayıdış yolunda cəsarətli addımlar atır. Orta Asiyadakı türk dövlətlərinin Rusiyadan çəkinmədən bu addımları atmaları Türkiyənin onlara ruh verməsi, mənəvi, siyasi himayəsidir. Çünki Turan İttifaqının üzvləri kimi Orta Asiya respublikalarında milli kimliyə qayıdış siyasi, hərbi, iqtisadi və başqa sahələrdəki birliyə aparan labüd yoldur".
T.İrfan vurğulayıb ki, Qırğızıstan bu addımı ilə böyük iş görür və başqalarına da nümunə olur:
"Arzu edirəm ki, ölkəmizdə də bu addım atılsın. İnsana telefon, televizor kimi ümumi ad vermək olmaz, onun şəxsiyyətini müəyyən edən milləti var. Bunu sənəddə göstərməkdən qorxmaq lazım deyil. Eyni zamanda təkcə rus deyil, ümumilikdə yad, əcnəbi soyad sonluqları ölkəmizdə də məhdudlaşdırılmalı, ən azı rus sonluğunun buxovundan xilas olmalıyıq. Qırğızıstanın milli ənənələrə, dəyərlərə qayıdışı yolunda atdığı bu addım təqdirəlayiqdir və birliyimizə, yaxınlığımıza aparan yolda cəsarətli addımlardan biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya