"Milan" evdə "Atalanta"ya məğlub oldu

İtaliya A Seriyasının 36-cı turunda "Milan" doğma meydanda "Atalanta"ya 2:3 hesabı ilə uduzub.

Oxu.Az xəbər verir ki, "San-Siro" stadionunda keçirilən görüşdə hesabı 7-ci dəqiqədə "Atalanta"nın yarımmüdafiəçisi Ederson açıb.

29-cu dəqiqədə Davide Dzappakosta fərqi artırıb. İkinci hissədə Cakomo Raspadori üçüncü qolu vuraraq top fərqini 3-ə çatdırıb.

"Milan" yalnız matçın sonlarında fərqlənə bilib. 88-ci dəqiqədə Straxinya Pavloviç hesab arasındakı fərqi azaldıb. 90+4-cü dəqiqədə isə Kristofer Nkunku penaltidən komandasının ikinci qolunu vurub.