
Ekspert: Yol polisi olmasa, Bakıda hərəkət iflic olar
Ekspert: Yol polisi olmasa, Bakıda hərəkət iflic olar
09:04 14.06.2024
Cəmiyyət
471
Nöqsan axtarmağa nə var ki...
“Şəmsi Bədəlbəyli küçəsində yeni təşkil olunmuş avtobus zolağına Yol Patrul Xidməti (YPX) əməkdaşları avtomobilləri yönəltməyə başladı”. Bu barədə İnsanyönümlü şəhərlər səhifəsində paylaşım edilib.
Sual yaranır, əgər bu zolağa avtomobillərin hərəkətinə icazə verilibsə, bu zolaq niyə təşkil olunub? Və yaxud, bu zolaq təşkil olunubsa, digər nəqliyyat vasitələrinin hərəkətinə niyə daxil olması icazə verilir?
Ayrılmış zolağın yeganə məqsədi avtobusların tıxacsız hərəkətidir. Əgər bu təmin olunmursa, həmin zolağın heç bir mənası yoxdur. Bu halda cəriməni qaldırıb lap 500 manat etmək olar, amma zolaq öz funksiyasını yerinə yetirməyəcəksə, nə fayda?
⠀Urbanist Anar Əliyevin sözlərinə görə, avtobus zolaqlarının məqsədi ictimai nəqliyyatın tıxacda qalmaması və onun vaxtlı-vaxtında öz qrafiki üzrə hərəkət etməsidir: “Avtobus minik avtomobilindən ortalama 3 dəfə çox yer tutur, amma eyni zamanda 50 dəfə daha çox insan daşıyır. Deməli, şəhərdə 2000 avtobus hərəkət edirsə, bu, 100 min avtomobil əvəz edir. Bunun həm sıxlıq və tıxac, həm ekoloji fəsadlarını da düşünün. Ayrılmış zolaqla hərəkət edən avtobus tıxacda hərəkət edən avtomobilə alternativdir. Əgər tıxacda avtomobil A nöqtəsindən B nöqtəsinə 40 dəqiqə, avtobus isə 15 dəqiqə çatırsa, deməli, insanlarda seçim olacaq. Avtobus zolaqlarının sayəsində hər bir marşrutun qrafikini tərtib etmək mümkündür ki, intervallar daha az olsun, ictimai nəqliyyat cəlbedici olsun. Avtobus zolaqlarında heç bir halda hərəkət etmək olmaz, bu nəinki qayda pozuntusudur, həm də açıq şəkildə cəmiyyətə hörmətsizlik nümayiş etməkdir. Avtobus zolaqlarının cəriməsinin 100 manata qaldırılması, əlavə olaraq 2 cərimə ballarının tətbiq edilməsi təklif olunur. Düşünürəm ki, bu çəkindirici tədbirlə yanaşı, sərt nəzarət də gələcək. Bu, böyük irəliləyiş olacaq. Bəli, sürücülər bir müddət narazı qalacaq, digər ölkələrdə bu narazılıqlar hələ də qalır, lakin 5-ci bəndə qayıdaraq - məhz ictimai nəqliyyata prioritet verməklə onu daha cəlbedici etmək və tıxacları azaltmaq mümkündür”.
YPX mövcud vəziyyətə uyğun davranır, lüzum varsa, avtobus zolağını aça da bilər, bağlaya da.
Mövzu ilə bağlı “Sherg.az”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyib ki, YPX mövcud vəziyyətə uyğun davranır:

“Lüzum varsa, avtobus zolağını aça da bilər, bağlaya da. Ümumiyyətlə, bu gün DYP-nin yolların çevik nizamlanması olmasa, Bakıda hərəkət iflic olar. Bu gün müxtəlif qurumlar Bakıda eksperimentlərlə məşğuldurlar, tikirlər, sökürlər, küçələri bağlayırlar, sonra yenidən açırlar. Bilmək olmur ki, bunların məqsədi nədir? Ona görə də DYP-nin işində də bir nöqsan axtarmaq yanlış olar”.
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı