Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib

Cari ildə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, onların əmək bazarına çıxışının artırılması məqsədilə peşə hazırlığı kursları təşkil olunub.

Qeyd edilib ki, cari ildə 224 əlilliyi olan şəxs bu kurslara cəlb edilib və təlimləri uğurla başa vuranların işlə təmin olunmasına dəstək göstərilib.