Ərinin dostu ilə qaçdığı deyilən qadın: “...Evə görə mənə şər atırdı”
08:31 25.02.2020
Cəmiyyət
615
İsmayıllıda həyat yoldaşının dostu ilə qaçdığı deyilən qadın şərləndiyini iddia edir. Oxu.Az-a açıqlama verən Məlahət Hacıyeva bildirib ki, 27 ildir evli olduğu Sərvan Hacıyevlə daim problemi olub:
“Sərvan həmişə içirdi, evdə dava salırdı. Məni hamının yanında təhqir edirdi. Son olaraq deyirdi ki, səni şərləyib, tutduracağam. Buna görə ondan boşanmaq qərarına gəldim”.
M.Hacıyeva onlarının ailələrində baş verən münaqişələri S.Hacıyevin bacısının yaratdığını deyir:
“Birlikdə aldığımız və yaşadığımız ev mənim adıma idi. Buna görə də dəfələrlə məni şərləyirdilər, incidirdilər ki, evi onların adına keçirim”.
M.Hacıyeva qoşularaq qaçdığı deyilən, həyat yoldaşının dostu Raqub Əhmədovla dostluq münasibətlərinin olduğunu bildirib:
“Raqubgillə ailəvi dost olmuşuq. Mən Raqubla bir yerdə işləmişəm. Ona qardaş demişəm, o da mənə bacı deyib”.
M.Hacıyeva hazırda İsmayıllının Sumağallı kəndində atasının evində qaldığını vurğulayıb:
“Məni və Raqubu şərlədiyi üçün məhkəməyə də müraciət edəcəyik”.
Qeyd edək ki, mətbuatda İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol