Erməni qadınlar Bakıya gəlmək istəyir: "Azərbaycanlılar çox xeyirxahdırlar" - VİDEO
10:39 03.01.2020
Cəmiyyət
574
Bakıda yaşamış yaşlı ermənilərin çoxu kimi Marqo Abramyan da bir az rusca, bir az Qarabağ ləhcəsində ermənicə danışır. Yəqin ki, bir az da Azərbaycan dilini bilir.
O, BBC News Azərbaycancaya deyib ki, Ermənistana "60 yaşında gəlib, artıq 90 yaşı var, hələ öz evi yoxdur. İstəyir ki, öz evi olsun. Təmizləsin, bəzəsin və yaşasın.
Marqo Abramyan Ermənistana köçməzdən əvvəl əriylə Bakıda iki otaqlı mənzildə yaşayıb. Övladlarının da Bakıda ayrıca evləri olub.
"Erməni-azərbaycanlı davası" barədə deyir ki, barışığın olub-olmayacağını bilmir.
Ancaq bildirir ki, "azərbaycanlılarla xoş söz-söhbətlə, mehriban… dinc, rahat yaşayıblar".
"Xəstələnib, xəstəxanaya düşmüşdüm. Bu yanda azərbaycanlı qadın, bu yanda mən yatırdım. O, acıtərənin kökünü - qalın yerini qırıb özü yeyirdi, yumşaq yerini mənə verirdi ki, dişlərin yoxdur, sən ye".
"Mən istəyirəm sülh olsun, həm bizim üçün, həm də onlar üçün", - Marqo Abramyan danışır.
Digər bir Azərbaycandan Ermənistana getmiş Janna Mnatsakanova isə deyir ki, Bakıda 4-cü mikrorayonda yaşayıb, bağçada tərbiyəçi işləyib.
O da Bakıda yaşadığı son günlərin çətinliyini və azərbaycanlı tanışlarının alicənablığını xatırlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət