Erməniəsilli şəxslər Xankəndidən Laçın istiqamətinə aparılıblar - YENİLƏNİB + FOTO
Yusif Nəzərli
07:45 25.04.2023
Cəmiyyət
311
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, sülhməramlılara məxsus 1 yük avtomobilinin Laçından Xankəndi və 6 minik, 1 zirehli, 1 yük avtomobilinin isə əks istiqamətə maneəsiz hərəkət etməsinə şərait yaradılıb. Rusiya sülhməramlılarına məxsus 1 hərbi sərnişin daşıyan avtomobildə isə Xankəndi istiqamətindən erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıblar.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 9-a çatıb.
08:24
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 135 gündür davam edir.
“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidməti bölmələrinin ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması böyük sevinc və coşqu ilə qarşılanıb.
Belə ki, aksiya iştirakçıları ölkəmizin rəsmi qurumları tərəfindən yayılan bu xəbəri alqışlarla qarşılayıblar.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 135 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranla razılaşma yoxdursa ağır mərhələ başlayacaq - TƏHLİL
16:36 13.02.2026
Gündəm
Ata Abdullayev azadlığa buraxılıb
16:15 13.02.2026
Cəmiyyət
İsrail Baş naziri: İranla razılaşmaya şübhə edirəm
15:52 13.02.2026
Gündəm
NATO baş katibi: Rusiya Ukraynada ilbiz sürəti ilə hərəkət edir
15:44 13.02.2026
Gündəm
Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
15:24 13.02.2026
Region
İlham Əliyev Almaniyaya səfərə gedib
15:12 13.02.2026
Rəsmi
Qaxın sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 13.02.2026
Hadisə
Ötən il 17 uşaq müəssisəsində monitorinq aparılıb
14:35 13.02.2026
Sosial
"Ramştayn" Ukrayana 36 milyard dollar həcmində hərbi yardım ayırıb
14:22 13.02.2026
Dünya
Ermənistan-Türkiyə sərhədinin açılma tarixi məlum deyil
14:06 13.02.2026
Gündəm
Yasamalda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb
14:03 13.02.2026
Hadisə
Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ
13:31 13.02.2026
Ekologiya
Şoyqudan Ermənistana xəbərdarlıq: Məhv ola bilərsiniz
13:13 13.02.2026
Dünya