Ətraf mühitə zərər vuranlara ağır cəzalar verilməlidir
Yusif Sultanoğlu
12:33 07.07.2023
Cəmiyyət
590
Paytaxtın Nəsimi rayonunda ağaca ziyan vurulub. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Puşkin küçəsi, 29A ünvanında stulu ağaca mismarlayıblar.
Məsələyə münasibət bildirən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Sherg.az"a bildirib ki, paytaxtın Nəsimi rayonunda ağaca qarşı edilmiş bu əməl yolverilməzdir:
"Stulu ağaca yəqin ki, ərazidə işləyən, müxtəlif məqsədlər üçün uzun zaman orada dayanmalı olan bir sakin mismarlayıb. İnsanlar anlamalıdırlar ki, ağac da canlıdır, onu zədələmək, yaralamaq olmaz. Xüsusən, ağaca metal mıx vurmaq, çivi çaxmaq, məftil bağlamaq, ağac üzərində oturacaq kimi müxtəlif vasitələr quraşdırmaq düzgün deyil. Bu kimi davranışlar ağacı zədələyir, onun qurumasına gətirib, çıxarır. Ağac üzərində bəzən quş yuvaları bərkidilir. Hətta onu belə mıxla bərkitmək doğru deyil. Xüsusi iplərdən istifadə olunmalıdır ki, ağacın gövdəsi, budağı zədələnməsin.
Mətbuatdan oxuduğuma görə, Nəsimi rayonunda ağaca vurulan mismar və oturacaq ləğv edilib. Bu barədə ərazi üzrə Kommunal Xidmətdən məlumat verilib. Hesab edirəm ki, aidiyyəti qurumlar bu kimi məsələlərə ciddi nəzarət etməlidir. Fakt təkrar olunarsa, həmin şəxslər təbiətə zərər vurulması faktı ilə məsuliyyətə cəlb edilməlidirlər. Bir sıra xarici ölkələrdə analoji hal aşkarlandıqda fakt üzrə daha sərt cəza tədbirləri görülür. Hətta yaşıllığı məhv edənlər barədə həbs qərarı çıxarılır. Düşünürəm ki, Azərbaycanda da bu sahədə sərt addımların atılması vacibdir. Amma ən doğrusu insanlarda təbiətə, canlı aləmə sevgi hissini erkən yaşlarda formalaşdırmaqdır. Canlı aləmə sevgi bəsləyərək, böyümüş gənc yetkin yaşlarına çatanda ətraf mühitə daha duyarlı, qayğıkeş və məsuliyyətli vətəndaş ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz