Fərid Qayıbov: “Çox istəyərik ki, gümüş medal sonuncu olmasın”
Fərid Qayıbov: “Çox istəyərik ki, gümüş medal sonuncu olmasın”
Yusif Nəzərli
10:42 23.08.2023
Cəmiyyət
400
“Çox istəyərik ki, gümüş medal sonuncu olmasın”.
Bunu “Report”a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov Bakıda təşkil edilən atıcılıq üzrə dünya çempionatında Azərbaycan idmançılarının çıxışına münasibət bildirərkən deyib.
Qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında gümüş medal qazanan Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət yığmanın çıxışını dəyərləndirən nazir bu nailiyyətin davamının gələcəyinə inanır: “Təbii ki, hamımız medal gözləyirdik. Nəhayət ki, bu oldu. Yarış davam edir, idmançılarımız yenə çıxış edəcəklər. İnanıram ki, onlar sona kimi mübarizə aparıb, medallarımızın sayını artıracaqlar”.
F.Qayıbov yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Atıcılıq Federasiyasını təbrik edib: “Yarış çox gözəl təşkil olunub. Bunu biz demirik. Beynəlxalq federasiyaların, qitə qurumlarının, başqa ölkələrin nümayənlərinin hər biri dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini deyirlər. Bu da göz önündədir”.
Gənclər və idman naziri mükafatlandırma mərasiminə qatılması barədə də danışıb: “Dünya çempionatı boyunca bura bir-iki dəfə gəlmişdim. Bütün günü burada ola bilmirəm. Amma onlayn baxırdım. Federasiya rəhbərliyi ilə əlaqədə idik. İdmançılara dəstək üçün gəlirik. Amma bəzən deyirlər ki, bu dəstək onlara mane ola bilər. Ona görə də, bizim üçün çətindir. İnanırıq ki, növbəti günlərdə də atletlərimiz medallar qazanacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya