FHN-dən əhaliyə yanğınlarla bağlı ÇAĞIRIŞ
Yusif Nəzərli
15:40 29.04.2022
Cəmiyyət
682
Yanğın görən vətəndaş dərhal bu barədə FHN-nin qaynar xəttinə vaxt itirmədən məlumat verməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev “Facebook”da yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı məlumat verib.
O bildirib ki, vətəndaş özünə xələl vermədən yanğının genişlənməsinin qarşısını ala biləcəyini düşünürsə, müdaxilə edə bilər:
“Söhbət yanğın ilkin mərhələdədirsə, müdaxilədən gedir. Miqyası nəzərə almaq lazımdır. Adi tüstü belə insanın boğulmasına, zəhərlənməsinə, hətta həyatını itirməsinə səbəb ola bilər. Lakin bütün hallarda təhlükəsizlik önəmlidir. Odur ki, vaxt itirmədən yanğın baş verən ərazi barədə dəqiq ünvan, koordinatları Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verməsi vacibdir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev isə qeyd edib ki, bəzən insanlar yanğının söndüyünü zənn edir, lakin bu ehtimal sonra daha böyük yanğına səbəb ola bilər:
“Yanğının ocaqları olur. Bu ocaqlara aidiyyəti üzrə tam söndüyündən əmin olmaq lazımdır. Çünki ilkin baxışda söndüyü zənn edilən ocaqlar yenidən yanğın başlamasına səbəb ola bilər. Bəzən yanğın söndürülən ərazidə yanğın ocaqları çox olduğunda bir sutkaya qədər ərazidə növbətçi qoyulur. Odur ki, məsələ ilə bağlı FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinə məlumat verilməsi daha məqbul hesab edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm