Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub - FOTO
Yusif Nəzərli
16:16 28.12.2022
Cəmiyyət
473
Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb.
Oxu.Az xəbər verir ki, əvvəlcə Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahına gələn Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Döyüşü İdarəetmə Mərkəzi Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri arasında qarşılıqlı əlaqənin təmin edilməsində, qarşıya qoyulan döyüş tapşırıqlarının operativ icrasında mühüm rol oynayır.
Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikanın etibarlı müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzi ilə də tanış olan Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı barədə ətraflı məlumat verilib.
Təlim-Tədris Mərkəzində Naxçıvanda ordu quruculuğundan bəhs edən videoçarxa baxış olub.
Sonra Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub, qərargah binaları, əsgəri məişət kompleksləri, hərbi xəstəxana, həmçinin ordumuzun arsenalında olan silah-sursat və döyüş texnikaları barədə məlumat alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz