
Gələcəkdə daha qorxulu hadisələr, daşqınlar baş verə bilər -EKOLOQDAN ŞOK PROQNOZ
12:23 29.05.2024
Cəmiyyət
543
Son günlər yağan yağışlardan sonra Qazaxda çay daşıb, kəndin ərazisini sel suları basıb. Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb. Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarında ərazisini su basıb. Həmçinin, Kür çayının səviyyəsinin kəskin artması səbəbindən də bəzi açıq sahələrdə suyun məcradan çıxması halı baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində yaşayış məntəqələrində hər hansı təhlükə qeydə alınmayıb. Hadisə ilə əlaqədar FHN-in "112" qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. FHN tərəfindən mövcud şərait tam nəzarət altında saxlanılır.
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev "Sherg.az"a vurğulayıb ki, statistikaya nəzərən, Azərbaycanda yağıntılar daha çox yazın sonu, yayın əvvəli müşahidə edilir:

''İndiki vaxtda yağışın yağması normaldır. Lakin yağıntının miqdarı çoxdur. Kainatda, təbiətdə hərəkət və dövrülük qanunu var. Kür çayı bir neçə dəfə öz məcrasından çıxıb. Həmin çayın üzərində üç dənə su anbarı yerləşir. Çox ehtimal ki, su həddindən artıq olduğuna görə, anbarı açıq buraxıblar. Bu çayların məcrasından çıxması kənd təsərrüfatına ziyan vurub. Fikrimcə, bu çoxillik bitkilərə elə də təsir etməyəcək. Ancaq əkin sahələrində vəziyyət acınacaqlı olacaq. Araz çayının üstündəki su anbarlarına isə su dolmayıb. Bu çayın isə miqdarı az olduğuna görə, ətraf ərazilərə daşma ehtimalı azdır. Unutmamalıyıq ki, yağıntılı dövr bitməyib və davam edəcək. Ola bilsin ki, gələcəkdə daha qorxulu hadisələr, daşqınlar baş versin. Hər bir halda yaranan vəziyyət təbiətin qanunauyğunluqlarından biridir. Ona görə də qorxmağa ehtiyac yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya