Gələn həftədən bəzi avtobuslarda yenilik olacaq
14:53 21.12.2019
Cəmiyyət
459
Bakıda növbəti həftədən etibarən bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslar kart sisteminə keçəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
O bildirib ki, hazırda istismarda olan avtobuslarda kart sisteminə keçid üçün məhdud imkanlardan istifadə edilərək texniki işlər aparılır. O bildirib ki, bu istiqamətdə görülən işlər yekunlaşmaq üzrədir: "Növbəti həftədən marşrut avtobuslarında kart sisteminə keçidə start veriləcək. Gediş haqqı nağd şəkildə ödənilən avtobuslarda bir-bir kart sistemi tətbiq ediləcək. Nəqliyyat canlı mexanizmdir. Onu dayandırıb hər hansı dəyişiklik etmək imkanı yoxdur. Odur ki, məhdud imkanlardan istifadə etməklə avtobusların kart sisteminə keçidi üçün texniki işlər görülür".
Qeyd edək ki, hazırda 500 avtobusda gediş haqqı kart sistemi ilə ödənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual