Gənc qızlar niyə özlərindən yaşca böyük kişiləri seçirlər? - Psixoloq açıqladı

Yaş fərqi olan evliliklər uzun illərdir müzakirə mövzusu olsa da, bu cür münasibətlər hələ də geniş yayılıb.

Sherg.az xəbər verir ki, psixoloq Yekaterina Bezumnovanın sözlərinə görə, bəzi gənc qızlar daha yaşlı kişiləri sabitlik, dəstək və təhlükəsizlik hissi axtardıqları üçün seçirlər.

Mütəxəssis bildirib ki, uşaqlıqda ata qayğısı və dəstəyini kifayət qədər görməyən şəxslər bu ehtiyacı sonradan münasibətlərdə kompensasiya etməyə çalışa bilərlər.

Psixoloqun fikrincə, yaşlı kişilərin də belə münasibətlərə üstünlük verməsinin müxtəlif səbəbləri var. Bəziləri yeni ailə qurmaq və övlad sahibi olmaq istəyir, digərləri isə özlərini daha gənc hiss etməyə və sosial statuslarını vurğulamağa çalışırlar.

Ekspertlər qeyd edirlər ki, yaş fərqi təkbaşına xoşbəxt evliliyə maneə deyil. Münasibətin uğurlu olması üçün tərəflərin gözləntilərini, gələcək planlarını və dəyərlərini əvvəlcədən açıq şəkildə müzakirə etmələri vacibdir.