Geomaqnit qasırğası ilə bağlı daha bir xəbərdarlıq
Yusif Nəzərli
05:53 18.05.2024
Cəmiyyət
770
Mayın ayının 19-u Bakıda yenidən geomaqnit qasırğası müşahidə olunacaq.
Sherg.az Bakı.vs-ya istinadən xəbər verir ki, qasırğa gecə saatlarında öz təsirini göstərməyə başlayacaq. Növbəti gündən etibarən isə geomaqnit qasırğası səngiyəcək. Mayın 22-dən etibarən isə yenidən müşahidə olunmağa başlayacaq və bu hal ayın 25-dək davam edəcək.
Həkimlərin geomaqnit qasırğasının təsiri haqqında rəyinə gəldikdə isə adətən sağlam insanların geomaqnit qasırğasının təsirlərini hiss etmədiyi, bu, daha çox elektronik cihazlara və müəyyən xəstəliyi olan insanlara təsirsiz ötüşmədiyi deyilir. Xüsusən meteohəssas insanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, yaşlılar özlərini pis hiss edirlər. Maqnit qasırğasına görə bir qisim insanda baş ağrısı, gicəllənməsi, yüksək qan təzyiqinin əmələ gəlməsi, oynaq ağrıları, yuxusuzluq kimi hallar baş verə bilir. Heç bir xəstəliyi olmayan insanların da təzyiqi qalxa, baş ağrıları ola bilər.
Həkimlərin sözlərinə görə, maqnit qasırğası ilə bağlı əvvəldən xəbərdar olduqda xəstəliyə uyğun dərmanlar qəbul edilməlidir. Məsələn şəkər xəstəsi buna uyğun dərman vasitəni qəbul edib qasırğanın fəsadlarını azalda bilər:
"Həmçinin qasırğa olan günlərdə yaxşı olar ki, insanlar çox miqdarda maye qəbul etsinlər, bitki tərkibli çaylara üstünlük versinlər. Spirtli, rəngli-qazlı və enerji içkilərindən mütləq şəkildə uzaq dursunlar. Siqaretdən imtina etsinlər. Yuxu rejiminə diqqət olunsun. Bütün günü yataraq keçirmək də olmaz. Bu zaman daimi yorğunluq hiss edilər. Həm xəstə, həm də sağlam insanlar immun sistemini gücləndirməyə çalışsınlar. Bol vitaminli meyvələr qəbul etmək lazımdır".
Kardio-reanimatoloq maqnit qasırğası zamanı kompüter, telefon və bu kimi elektronik cihazlardan çox istifadə etməməyi məsləhət görür:
"Başqa bir amil də var ki, geomaqnit qasırğası daha çox telefonla məşğul olan, televizor və kompüterlə vaxt keçirən adamlara mənfi təsir göstərir. Maksimum çalışmaq lazımdır ki, həmin vaxtlarda bu tip cihazlardan uzaq durulsun. Ofis işçilərinə gəlincə isə arada müəyyən fasilə vermək, təmiz hava qəbul etmək kömək ola bilər. Maqnit qasırğası günün bütün saatlarında olmur ona görə də sırf həmin vaxtlarda ehtiyatlı davranmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə