...Güclü qar yağacaq və 2-3 gün yerdə qalacaq
...Güclü qar yağacaq və 2-3 gün yerdə qalacaq
Yusif Nəzərli
23:50 28.12.2022
Cəmiyyət
567
Dünyada qlobal istiləşmə getdikcə yerini soyuq iqlimə vermək üzrədir
Fransada qarın yağmaması ilə əlaqədar xizək kurortlarının 70 faizi fəaliyyətini dayandırıb. Fransa xizək kurortları assosiasiyasının məlumatına görə, bu, Fransa üçün görünməmiş haldır. Xizək kurortlarından birinin təlimatçısı Jan Mişel bildirib ki, obyektlərin bağlı qalması burada işləyən minlərlə insanın işsiz qalması deməkdir. Fransa xizək kurortları assosiasiyası isə xəbərdarlıq edib ki, iqlim dəyişikliyi davam edərsə, bu sahədə çalışan 400 min insanın taleyi risk altında olacaq.
İllərdir Bakıya da qar yağmır. Demək ki, qara həsrət qalan tək bizim ölkə deyilmiş.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov isə “Şərq” ə açıqlamasında deyib ki, bu günə qədər qar yağmamasının səbəblərindən biri iqlim dəyişmələri ilə bağlıdır. Bu, Azərbaycan da daxil olmaqla əksər ölkələrdə özünü büruzə verirdi:
“Qlobal istiləşmənin olması və iqlim dəyişkənliyi Yer kürəsində, eləcə də Azərbaycanda bir sıra problemlərə səbəb olurdu. Xüsusən də bu proseslərin baş verməsi nəticəsində qar yağmırdı ki, bu da insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, dağlıq ərazilərdə su ehtiyatının azalmasına da səbəb olurdu. Lakin Fransadan fərqli olaraq bu il Bakıya qar yağacaq”.
Yanvar ayından sonra Azərbaycanda soyuq və şaxtalı hava şəraitinin hökm sürdüyünü vurğulayan ekspert deyib ki, yanvardan sonra güclü qar yağacaq və 2-3 gün yerdə qalacaq. Dünyada qlobal istiləşmə getdikcə yerini soyuq iqlimə vermək üzrədir. Son ildə cənub küləyinin təsiri ilə Azərbaycanda qış bir o qədər də sərt keçmir, Bakıya və bir çox rayonlara qar yağmırdı. Şimal küləyi əsəndə isə havalar soyumağa başlayacaq.
Son illərdə Azərbaycanda havanın quraq keçməsini xatırladan T.Zeynalov deyib ki, bunun səbəbi Sakit Okeanda ellinyo cərəyanının axın etməsidir:
“Ellinyo isti çay axını deməkdir, bu təbiət hadisəsi nəticəsində cənuba yağıntıların miqdarı azalır və quraqlıq başlayır. Yağıntılar isə ancaq şimala doğru yönəlir. Azərbaycan isə quraqlıq zonaya düşdüyü üçün qış mülayim keçir, yağıntının miqdarı az olurdu. Son iki ildə isə soyuq cərəyan hökm sürür. Bunun təsirindəndir ki, son aylar yağıntının miqdarı artıb. Artıq ölkəmizdə ötən illərdəki kimi quraqlıq hökm sürmür. Havalar quraqlıq keçdiyinə görə torpaq çox qızırdı. Yağıntılardan sonra isə torpağın temperaturu düşməyə başlayıb. Yanvardan marta qədər də şaxtalı və qarlı havalar başlayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz