Hakkari terrorçulardan tamamilə təmizlənib
Yusif Nəzərli
07:08 22.04.2023
Cəmiyyət
422
Türkiyənin cənub-şərqində - İran və İraqla sərhəddə yerləşən Hakkari bölgəsi terrorçulardan tamamilə təmizlənib.
“Report” “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
O bildirib ki, son 40 ildə ilk dəfədir bu bölgədə yaşayan insanlar Ramazan bayramını tam təhlükəsiz formada qeyd edirlər: “Hakkari terrorçulardan tamamilə təmizlənib. Buna nail olmaq üçün Türkiyə indiyədək çox böyük çətinliklərin öhdəsindən gəlib. Ölkəmiz çox böyük layihələrə imza atıb. Bir sıra vasitələrlə, o cümlədən terrorla bizi yolumuzdan döndərmək üçün xaos yaratmaq istəyirdilər. İradəmizi qırmaq, insanlarımızı ümidsiz qoymaq istəyirdilər. Bu cəhdlərin arxasında Qərb dayanırdı”.
Nazirin sözlərinə görə, dalğalı dənizlərdə gəmitək irəlilələyən Türkiyəni 12 ildir ki, yolundan döndərməyə, istiqamətini dəyişməyə çalışırlar: “Amma kapitanımız (Prezident Rəcəb Tayyib Ərdoğan-red) təcrübəlidir, məlumatlıdır. Kapitanımız həm də cəsurdur. Kapitanımız “mən ancaq millətin, Allahın qarşısında əyilərəm” dedi. Kapitanımız gəmini dalğalarla mübarizədən uğurla çıxardı”.
S.Soylu qeyd edib ki, R.T.Ərdoğan həm ABŞ, həm də Avropaya bu ölkənin sahibinin bu millət olduğunu və yeganə qərar sahibinin xalq olduğunu göstərib: “Belə liderlər dünyaya 100 ildə bir gəlir. Biz Türkiyəni olduğu yoldan döndərmək istəyənlərdən, 15 iyul çevrilişinə cəhd edənlərdən qorxmadıq, qorxmayacağıq”.
Qeyd edək ki, PKK terror qruplaşması 1980-ci illərin əvvəllərindən etibarən Türkiyənin cənub-şərqində bir sıra əraziləri ələ keçirərək oradakı mağaralarda gizlənmişdi. Son illərdə Türkiyə ordusu və təhlükəsizlik qüvvələri terrorçulara qarşı ardıcıl əməliyyatlar keçirib və qruplaşmaya ağır zərbələr endirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran üçün azadetmə əməliyyatı başlayır - Pəhləvi
01:24 21.09.2026
Gündəm
Merz XDS sədri və kansler kimi fəaliyyətini davam etdirəcək
01:01 21.09.2026
Dünya
Arakçı ABŞ-dan öncə Qətərə səfər etdi
00:40 21.09.2026
Gündəm
Tələbələri təhdid edən şəxs universitetə bərpa olunacaq
00:18 21.09.2026
Cəmiyyət
Zelenski Tramp ilə Nyu-Yorkda görüşəcəyini açıqlayıb
23:35 20.09.2026
Aktual
Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"
22:51 20.09.2026
Aktual
İmran Xanın bacısı saxlanıldı
22:24 20.09.2026
Dünya
Göygöldə ər arvadını qətlə yetirib
22:06 20.09.2026
Hadisə
Zaur Kamalın vəziyyəti pisləşdi
21:45 20.09.2026
Şou
Madrid derbisinin qalibi müəyyənləşib
21:11 20.09.2026
Futbol
Tramp BMT-nin baş qərargahının Nyu-Yorkda qalmasını istəyir
20:50 20.09.2026
Aktual
Xudutəpədə gildən hazırlanmış ocaq qurğuları tapıldı
20:28 20.09.2026
Tarix
"Fənərbaxça" "Eyüpspor"u 8:0 məğlub edib
20:10 20.09.2026
Futbol
Xocavənd Şəhəri Günü qeyd olunub
18:45 20.09.2026
Sosial
Husilər yenə Səudiyyənin paytaxtına zərbə endirdi
18:37 20.09.2026
Gündəm
Tramp Pezeşkianla görüş ehtimalını istisna etmədi
18:33 20.09.2026
Gündəm
Azərbaycan Pakistana başsağlığı verdi
17:58 20.09.2026
Siyasət