Hansı daha sağlamdır: Qəlib sabunlar, maye sabunlar, yoxsa duş gellər…
10:41 24.05.2024
Cəmiyyət
793
Yuyunmaq üçün müxtəlif təmizlik vasitələri mövcuddur. Qəlib sabunlar, maye sabunlar, duş gelləri və digər gigiyenik vasitələr. Hazırda bütün dünyada təbiəti mühafizə aktivləşdiyindən, təbiətə daha az tullantıların atılması da xüsusi önəm daşıyır.
“tr.mashable.com” “The Washington Post”a istinadən qeyd edir ki, mütəxəssislər təmizlik vasitələrindən hansının daha keyfiyyətli, zərərsiz və təbiətə də daha az zərərli olduğunu açıqlayıb. İsveçrənin ETH Sürix Universitetinin Ətraf mühit mühəndisliyi institutunun apardığı araşdırmaya görə, qəlib sabunlar maye sabunlara nisbətən 3 qat artıq təbiətin dostudur. Lakin kosmetoloqlar əks fikirdədir və qəlib sabunların dərini qurutduğunu bildirir. 1970-80-ci illərdən başlayaraq ABŞ-də maye sabunlar və duş gelləri qəlib sabunları sıradan çıxarıb. Reklam şirkətləri də maye sabunların tərkibindəki nəmləndirici qatqıları önə çəkərək onların reklamı ilə məşğuldur. Lakin getdikcə vəziyyət qəlib sabunların xeyrinə dəyişir. Hətta kosmetik məhsullar istehsalçısı şirkətlər məhsulların istehsalında qəlib sabunların tərkibindən istifadə etməyə başlayıb. Əslində isə bütün sabunların istehsalında dəridəki çirki və yağları aradan qaldıracaq təbii aktiv maddələr adlanan molekullardan istifadə edilir. Bu maddələr dəridəki çirkin su vasitəsilə təmizlənməsinə kömək edir. 1940-cı illərdə sabunların istehsalında neftdən istifadə etməyə başlanılıb. Amma tərkibində neft, mazut olan sabunlar “təmizləyici vasitə” adlanır. Qəlib sabunlar dərini qurudur, maye sabunlar, təmizləyici vasitələrsə ətraf mühitə zərərlidir. Təmizləyici vasitələrin istehsalı sabun istehsalından daha çətindir və daha baha başa gəlir, atmosferə atılan tullantıların miqdarı da çox olur. Qəlib sabunların üstünlüyü budur ki, onlar əsasən kağız, karton parçalarıyla paketlənir. Maye sabunlar, təmizləyici vasitələrsə plastik qablara doldurulur. Plastik qablarsa təbiətə atıldıqda çürümür, məhv olmur. Amma torpağa və havaya zərər verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya