Həcc ziyarətinə sənəd qəbulu hələ elan edilməyib
Məlahət Rzayeva
01:31 05.05.2021
Cəmiyyət
636
QMİ qaranlıq məqamlara aydınlıq gətirməlidir
Həccə getmək üçün koronavirus sığortası tələb olunacaq
Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq. Bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir. Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır. Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.
Xatırladaq ki, bu il Həcc ziyarətinə iyulun ikinci yarısından etibarən başlanacaq. Səudiyyə Ərəbistanı səyahət qadağalarının qaldırıldığını da bir neçə gün öncə elan edib. Amma bu şərtlə ki, ölkəyə gələn xarici vətəndaşlar 14 gün karantində qalmalıdır. Eyni şərt Həcc ziyarəti zamanı da keçərli olacaqsa, zəvvarlar üçün xeyli çətinlik yaranacaq. Çünki zəvvarlar konkret günlər ərzində Həcc əməllərini yerinə yetirir və kiminsə 14 gün əvvəldən Səudiyyə Ərəbistanına gedib karantin müddətini orada keçirəcəyini təsəvvür etmək mümkün deyil. Bu, külli miqdarda xərc tələb edir. Məsələn, Azərbaycan zəvvarları üçün ötən illərdə Həcc ziyarətinin müddəti 2 həftədən artıq olmurdu. Hətta dünya zəvvarları arasında Məkkə və Mədinədə ən az qalan məhz bizim vətəndaşlarımız olsa da, ziyarət xərcləri kifayət qədər yüksək məbləğdə təyin edilirdi. Ümumiyyətlə, hansısa zəvvarın 14 gününü karantində keçirəcəyi absurd səslənir. Tibbi sığorta məsələsi də hələ ki, müəmmalıdır. Məlumdur ki, Azərbaycanda aprelin 1-dən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Amma SƏ hökumətinin açıqlamasında məhz koronavirusa görə tibbi sığortadan söhbət gedir. Yəni koronavirusa görə tibbi sığorta başqadır, ümumi icbari tibbi sığorta başqa? Ziyarət üçün sənəd təqdim etmək istəyənlər koronavirusa görə tibbi sığorta məbləğini hara, hansı quruma ödəyəcək və onun məbləği necə müəyyənləşəcək? Kifayət qədər qaranlıq qalan məqamlar, açıq suallar var.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən ilahiyyatçı Hacı Atif İsmayılov qeyd etdi ki, bütün bu məsələlərə Qafqaz Müsəlmanları İdarəsi aydınlıq gətirməlidir:
- Yəqin ki, QMİ bu məsələlərlə bağlı bir açıqlama verəcək. Mümkündür ki, koronavirus əleyhinə tibbi sığorta xərcləri ümumi Həcc ziyarəti qiymətlərinə daxil edilsin, “Həcc paketi”ndə yer alsın. Belə olduğu təqdirdə koronavirus əleyhinə tibbi sığorta xərcləri, əlbəttə, Həcc ziyarətində qiymət artımına təsir göstərəcək. Əvvəllər də Həcc ziyarəti zamanı xəstələnən, dünyasını dəyişənlər olduqda, bəzən bu insanların müalicəsi üçün vəsait tələb olunurdu, dünyasını dəyişmiş zəvvarların cənazələrinin ölkələrinə göndərilməsində məhz maddi baxımdan çətinlik yaranırdı. Yəqin pandemiyanın bitmədiyi, hazırda dünyada koronavirusa yoluxma və ölüm hallarının hələ də yüksək olması amilləri nəzərə alınaraq ortaya çıxa biləcək əlavə xərclərin zəvvarların özü tərəfindən ödənilməsini istəyirlər. Amma düşünürəm ki, bu şərt yoluxma və ölüm hallarının yüksək olduğu ölkələrə aid ediləcək. Hansı ölkələrdəki yoluxma və ölüm sayı kritik həddə deyil, bu qayda tətbiq edilməyə bilər. Belə ölkələrin zəvvarlarının təkcə koronavirus testindən keçməyə aid sənəd təqdim etməsi kifayət edə bilər. Yəqin ki, koronavirus əleyhinə tibbi sığorta tələbi yalnız Həcc mövsümünə aid ediləcək. Çünki Azərbaycan da daxil, əksər ölkələrdə ümumi tibbi sığorta tətbiq edilir. Yəni koronavirus əleyhinə tibbi sığorta mövsümi xarakterli qərardır.
H.A.İsmayılov qeyd etdi ki, Həcc ziyarətinə sənəd qəbulu hələ ki, elan edilməyib. Sənəd qəbulu elan edilərsə, bu məsələlərə də aydınlıq gətiriləcək:
- May ayı ərzində Ümrə ziyarəti olmalıdır. Ümrə ziyarəti üçün əsas şərt koronavirus əleyhinə peyvənd vurdurmaqdır. Bu da hələ məlum deyil ki, Ümrə ziyarəti təşkil olunacaq, ya yox. Həcc ziyarətinin özü də böyük sual altındadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm