
Hərəkət edən tabut: Liftlər təhlükə potensialı olan obyektlər siyahısındadır -AÇIQLAMA
09:39 14.06.2024
Cəmiyyət
493
İyunun 13-də saat 22:00 radələrində Xətai rayonunda yaşayış binasında lift qırılması səbəbilə xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Sabunçu Tibb Mərkəzinə yerləşdirilən, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin edilən 7 nəfərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxslər öz istəkləri ilə ambulator müalicə üçün evə buraxılıblar.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan şəxsə isə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Vətəndaş əlavə müayinələr üçün digər tibb müəssisəsinə hospitalizasiya olunub.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, liftlər təhlükə potensialı olan obyektlər siyahısındadır:

“Nəzərə almaq lazımdır ki, liftlərin istismarı zamanı təhlükəsizlik məsələsi ön planda olmalıdır. Liftin istismarı üçün mütləq cavabdeh şəxs təyin edilməlidir. Həmçinin liftdə təmir, yenidənqurma işinin aparılması və nasazlıqların aradan qaldırılması akreditasiyadan keçmiş müəssisə tərəfindən həyata keçirilməlidir. Liftlərin əyləc sistemində, troslarında, elektrik sistemində, istismar müddətini başa vurmuş və normadan artıq yüklənmə olarsa qəzalar baş verə bilər. Müasir liftlərin çoxunda ikili, üçlü sığorta sistemi mövcuddur. Yəni liftin kabinasının qırılıb şaxtaya düşməsi nadir hallarda olur. Çünki liftin tros sistemi qırılarsa, köməkçi tros, köməkçi tros qırılarsa kabinanın əyləc sistemi, əyləc sistemi qırılarsa, sığorta olunan əyləc sistemi mövcuddur. Cavabdeh şəxslər tərəfindən liftlərin istismarı həyata keçirilməlidir. Əfsuslar olsun ki, insanlar üçün nəzərdə tutulmuş lift bəzən tikinti materialları və digər ağır yüklər ilə normadan artıq yüklənir. Belə olduğu halda liftin istismar müddətinin vaxtından tez başa vurmasına səbəb olur. Mütəmadi olaraq liftlərə texniki qulluq göstərilməli və keyfiyyətli sertifikasiyası olan məhsullardan istifafə edilməlidir. İnsanlar liftin istifadəsinə dair təhlükəsizlik məlumatlarını bilməlidirlər. Normadan artıq içəri daxil olmaq, kabinada tavana, divara toxunmaq və eyni anda bir neçə düyməni sıxmaq olmaz. Lifti istismar edən şəxslər tərəfindən akreditasiyadan keçən müəssisələr ilə müqavilə bağlayıb onun təhlükəsizlik istismarını həyata keçirməsini təşkil etmək lazımdır. Əgər liftin hər hansı bir hissəsində nasazılıq varsa, o zaman liftin istismarı dayandırılmalıdır. Problem aradan qalxdıqdan sonra istismara icazə verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm