“Tez ərə gedənin əli bala batmayıb, hər şey məktəbdən və ailədən asılıdır”
Həyat getdikcə bahalaşır: "Ərə gedənin əli bala batır?!"
15:14 28.10.2023
Cəmiyyət
705
Ona görə hər kəs sevdiyi insanları erkən evlilikdən yayındırmalıdır
“Tez ərə gedənin əli bala batmayıb, hər şey məktəbdən və ailədən asılıdır”

“Tez ərə gedənin əli bala batmayıb, hər şey məktəbdən və ailədən asılıdır”
Azərbaycanda erkən nikah halları ilə bağlı statistik rəqəmlər açıqlanıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən videokonfransda bildirib. B.Muradova bildirib ki, ayrı-ayrı iqtisadi rayonlar üzrə bu faktları nəzərdən keçirdikdə müəyyən olunub ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib: “Qırmızı xəttə daxil olan bölgələrdə - birinci yerdə Aran iqtisadi rayonu üzrə 96 fakt, ikinci yerdə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt, üçüncü yerdə Bakı şəhəri üzrə 36 fakt, dördüncü yerdə Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib”.
O, eyni zamanda 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını da qeyd edərək, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayının 4392 olduğu halda, 2018-ci ildə bu rəqəmin 2129, 2019-cu ildə isə 2120 olduğunu vurğulayıb.
B.Muradova “erkən nikah” və “uşaq evliliyi” anlayışlarının hüquqi-normativ sənədlərdə müvafiq dəyərləndirilməsinə ehtiyac olduğunu bildirərək, Davamlı İnkişaf Məqsədlərinin 5-ci bəndində hədəflərdən birinin belə nikahların aradan qaldırılması olduğunu qeyd edib. Komitə sədri qohumlar arasında bağlanan nikahlara da toxunaraq bildirib ki, bu cür nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.
“Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, heç bir qadın zorakılığa məruz qalmamalıdır” - deyə əlavə edən B.Muradova qeyd edib ki, cəmiyyətimizin qadın zorakılığı problemindəki sayıqlığı bizi sevindirir.
O bildirib ki, dünyada gedən proseslər, həm də Azərbaycanda qadın siyasəti bütün qadınların hüquqlarını qorumağa yönəlmiş siyasətdir. Bizim bu məsələdəki statistikamız bir çox ölkələrdən daha uğurlu statistikadır. Düzdür, bizim cəmiyyətdə də bəzi problemlər mövcuddur”.
“17 yaşında qız uşağı evləndirilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”. Bunu isə deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”.
Erkən nikah problemi ilə bağlı fikirlərini “Sherg.az"la bölüşən yazar Sevinc Elsevər deyib ki, gözünü açandan anasından, xalasından, bibisindən ərə getməklə bağlı bu fikri eşitməyib:
"Ərə gedənin əli bala batmayıb". Ancaq hamısı bunu deyib əksini arzulayıblar qızlara: “Həyat getdikcə bahalaşır və ağırlaşır, çox sevdiyin adamları evlilikdən yayındırmalısan. Ona görə ki, çox ağır məsuliyyətin altına nə qədər gec girsə, o qədər yaxşıdır. 17 yaş evlilik üçün əlbəttə çox tezdir. 17 yaşda hələ 11-ci sinif şagirdi olur uşaqlar. Nikah yaşı ilə bağlı istisna halların aradan qaldırılmasının tərəfdarıyam. Çünki sui-istifadə halları olur. Qızları 9-cu sinifdən çıxardırlar, çox vaxt ərə verirlər imam nikahıyla. Məncə, tam orta təhsil məcburi olmalıdır. 11-ci sinfi hamı bitirməlidir. 9-cu sinifdən sonra uşaq hara getdi, nə işlə məşğul oldu, maraqlanılmalıdır. Düzdür, bəzi hallarda ailələr qızlarının erkən yaşda evlənməsinə qarşı olur, yeniyetmələr könüllü qoşulub qaçır. Bunun da kökü ailədən və məktəbdən qaynaqlanır. Məktəb ciddi təbliğatla məşğul olmalıdır ki, bu hallar baş verməsin. Uşaqlara riyaziyyat, fizikayla yanaşı, həyat öyrədilməlidir. Onlarla söhbətlər aparılmalı, cinsi tərbiyə verilməlidir. Yəni hər şey məktəbdən və ailədən asılıdır. Ailədə normal mühit yoxdursa, valideynlərlə söhbət aparılmalıdır. Hər bir gəncin taleyi dəyərli olmalıdır. Bir nəfəri belə itirmək olmaz!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm