Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
09:26 27.01.2020
Cəmiyyət
530
İstər iqtisadi, istər sosial problemlər, istərsə də sosial şəbəkələrin birbaşa müdaxiləsi nəticəsində ailələr dağılır. Bunu Oxu.Az-a açıqlamasında psixoloq Aytən Ələkbərova 2019-cu il üzrə boşanmaların sayının artmasını şərh edərkən deyib.
O bildirib ki, nə qədər ailə sosial şəbəkələr üzündən boşanmaq həddinə çatır və psixoloqlara müraciət edir.
“Şəxsən mən özüm 29 belə ailəni yenidən bərpa etmişəm”, - deyə A.Ələkbərova söyləyib.
Psixoloq hesab edir ki, işsizliyin boşanmaq üçün səbəb gətirilməsi düzgün deyil:
“İnsan işləmək istəyirsə, hardasa iş tapa bilər. Vacib deyil ki, öz sahəsi ilə bağlı iş olsun. Buna görə də işin olmamasını bəhanə edərək ayrılmaq qərarı vermək yanlışdır. Yaxşı, işsizlik ucbatından ailə dağılanda aliment istəyirlərmi? Bəli.
Ata da alimenti verməyəndə məhkəməyə verilir. Sabah bu ailədə böyüyən övlad dövlət məmuru olmaq istəyəndə onun qarşısına bu faktı çıxarırlar ki, atan cinayət məsuliyyətinə cəlb edilib”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2019-cu ildə boşanmaların sayında artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur.
2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət