Keçmiş Türkiyə milli basketbolçusu İbrahim Kutluay keçmiş həyat yoldaşı Demet Şenerə qarşı qaldırdığı alimentin ləğvi ilə bağlı məhkəmə iddiasından imtina edib.
Sherg.az xəbər verir ki, Kutluay daha əvvəl iqtisadi vəziyyətinin pisləşdiyini əsas gətirərək, oğlu Ömər Kutluayın "Real Madrid" basketbol klubuna transferindən sonra onun üçün ödədiyi alimentin ləğvini tələb etmişdi.
Demet Şener isə Kutluayın gəlirləri ilə bağlı iddialarının həqiqəti əks etdirmədiyini bildirərək məhkəmədən iddianın rədd edilməsini istəmişdi.
Son günlər oğullarının basketbol oyununda bir araya gələn keçmiş həyat yoldaşları uzun illər davam edən incikliyə son qoyublar. Şenerin birlikdə Yunanıstan adalarına tətilə gedəcəklərini açıqlamasından sonra Kutluay İstanbul Ailə Məhkəməsinə müraciət edərək alimentin ləğvi ilə bağlı iddiasından rəsmən imtina etdiyini bildirib.