Əlbəttə, hər kəs fərqli fikir söyləyə bilər və belə təşəbbüsləri süngü ilə qarşılamaq olmaz. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır! Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik. Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin”.
İki erməni hərbçisi Bakıda mühakimə olunacaq
Turan
21:29 31.05.2021
Cəmiyyət
536
Zahid Oruc: "Ərazi bütövlüyü, diplomatik münasibətlər belə Xocalı tribunalı qurmaqdan bizi daşındıra bilməz"
“Bakı Hərbi Məhkəməsində iki erməni hərbçisinin məhkəməsi başlayır. Müttəhimlər kürsüsündə 12 nəfər azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. Deputat bildirib ki, hər iki şəxs 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşüb: “Təəccüblü deyil ki, Ermənistanın bütün rəsmiləri Bakını müxtəlif konvensiyaları pozmaqda suçlandırır. İnanılmaz siyasi inkişafdır, nəhayət, 30 ildən sonra qarşı tərəf beynəlxalq sənədlərə istinad etməyə başlayıb. Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları cənab Prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin.
Əlbəttə, hər kəs fərqli fikir söyləyə bilər və belə təşəbbüsləri süngü ilə qarşılamaq olmaz. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır! Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik. Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin”.
Komitə sədri əlavə edib ki, “Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın soyuqqanlı, obyektiv və balanslı davranacağına inanır:
“Xarici mətbuat da iştirak edə bilər. Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir. Beynəlxalq tribunalarda “siyasi məhbus” adlanacaq belə adamların himayəçiləri 30 illik işğalın xarici ideoloqlarıdır. Ədalətsiz dövlətlərin təzyiqinə 17 il, 44 gün və son 6 ayda mətinliklə dözən 1-ci şəxs – Prezident İlham Əliyev Parisin, Brüsselin və Strasburqun çağırışlarının hansı maraqlardan irəli gəldiyini əla bilir.
Halbuki, müharibələrin tarixi qaliblərin məhkəmə hüququnu mütləq tanıyır!
Bəli, Stalinin Nürmberq prosesi olmasaydı, 3-cü Reyxin sağ qalan təmsilçiləri yeni müharibələr törətməkdən çəkinməzdilər. İsrail dövləti də 1962-ci ildə tərtib etdiyi siyahı üzrə Osvensemi, Holokostu törədənlərin bir qismini cəzalandırdı. İndi 30 ilə yaxındır Hərbi Prokurorluqda açılan cinayət işlərinin üzərindən qalın tozu silmək vaxtıdır. O qovluqlar təkcə tarix və arxiv üçün deyil, yerinə yetirilə bilməmiş dövlət aktıdır.
Hökmlərsə hələ çıxarılmayıb və əfv ediləcək hərbi cani də yoxdur. Ərazi bütövlüyü, diplomatik münasibətlər belə Xocalı tribunalı qurmaqdan bizi daşındıra bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət