İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi
İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi
Yusif Nəzərli
06:38 02.09.2022
Cəmiyyət
383
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka təbrik məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu gün Vyetnam dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş dövlətdir.
Azərbaycan dost və tərəfdaş ölkə olan Vyetnam ilə ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət verir. Dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol