"İsraildə iki nəvəm müharibədədir, çox narahatam" - Novella Cəfəroğlu
11:07 11.10.2023
Cəmiyyət
857
"Azərbaycanın apardığı Qarabağ müharibəsi bütün dünya ordularına nümunə olmalıdır"
“İsrail balaca dövlətdir. Bu dəqiqə hamı təhlükədədir”. Bu sözləri “Sherg.az”a açıqlamasında ailə üzvləri İsraildə yaşayan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Övladları ilə daim əlaqədə olduğunu vurğulayan Novella xanım deyib ki, ən çox da paytaxtda yaşayan insanlar əziyyət çəkir, hər an raket düşə biləcəyi qorxusu ilə yaşayırlar: “Övladlarım yaşayan ərazi təhlükə zonasında olmasa da, iki nəvəm müharibədədir. Çox narahatam. Həm İsraildə müharibənin olmasından, həm uşaqlarımın orda olmasından. Tezliklə müharibənin dayanmasını, insanların da canı dincəlsin. İnsan da insana bu qədər zülm edərmi? İnsanlıq əleyhinə olan terrorizmə son qoymaq lazımdır.
Saytlara, qəzetlərə baxıram millətimlə qürur duyuram. Bizim insanlarımız yaxşılığı unutmur. Demək olar ki, əhalinin 70 faizi bu hadisədə HƏMAS-ı günahkar bilir. İsrail dövlətinə dəstək nümayiş etdirir. Düzdür, din prinsipinsdən yanaşıb Fələstini dəstəkləyənlər də var. Amma onların etdiyi müsəlmanlığa yaraşmır axı. Əksinə onlar öz əməlləri ilə bütün müsəlmanları biyabır edirlər. Üstəlik də , biz müharibə edən zaman ermənilərin tərəfini tutan, onların “haqq savaşı”nı dəstəkləyən fələstinləri müdafiə etməyə onları nə vadar edir bilmirəm. Şəxsən mən Qarabağ savaşında bizə dəstək olmayan, kömək etməyən heç bir dövlətin yanında deyiləm. İsraildə təkcə ailəm olduğu üçün yox, həm də Fələstinin faşistliyini gördüyüm üçün İsrailin tərəfindəyəm. Digər bir yandan da müharibənin qanunları var. Müharibəni kişi ilə apararlar. Arvad- uşaqla müharibə aparan bir toplum hansı haqq savaşından danışa bilər?
“Allahu-əkbər” deyib, qadınları, uşaqları öldürür, işgəncə verirlər.
200 çox dövlətin iştirak etdiyi festivala hücum edib, əylənmək üçün ora yığışan insanların başına “İmam Hüseyn” müsibəti gətirirsən. Bütün bunlar mənə o qədər pis təsir edir ki.
Üstəlik İsrail kimi bir dövlətə hücum etməklə öz millətini, onların gələcəyini də bədbəxt edirsən. Sənin ölkəndə də uşaqlar, mülki insanlar ölür. Oğlum həkimdir. Onun yanında fələstinli qadınlar işləyir. Hazırda İsraildə iki əsas dil var. Həm yəhuqi, həm də ərəb dilindən istifadə olunur. ərəblər də yerli əhali kimi istədikləri yerdə işləyə, pul qazana bilir. Bundan sonra onların taleyi nə olacaq?”
N. Cəfəroğlu deyib ki, HƏMAS-ın etdiyi, paylaşdığı vəhşilikləri görəndə Xocalı müsibəti yadıma düşür:
“ Çox təəssüf ki, ermənilər Xocalıda soyqırım edəndə heç kəs bizə dəstək durmadı. Ümid edirəm ki, indi dünya ölkələri yəhudilərə dəstək olacaq. Ölkəmizin çətin günlərində kim yanımızda olub, müharibədə kim dəstək göstərib, kömək edibsə, biz də onların yanındayıq. Çox şadam ki millətimin böyük əksəriyyəti də məhz İsraili dəstəkləyir”.
Hüquq müdafiəçinin sözlərinə görə Azərbaycanın apardığı Qarabağ müharibəsi bütün dünya ordularına nümunə olmalıdır.
Azərbaycan əsgəri dünyaya insanlıq dərsi keçməlidir. Nə 44 günlük müharibədə, nə antiterror əməliyyatında bir erməninin belə tükü tökülmədi. Sivil dövlət olduğumuzu bütün dünyaya nümayiş etdirdik. Erməni kimi yalançı, saxtakar millət yoxdu, amma çox çalışsalar da bir erməninin ölüsünü tapmadılar ki, hay- həşir salıb bizim nüfuzumuza zərbə vursunlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm