İşsizlik ordusu: Kimdir günahkar? - Gənclər, yoxsa...
11:54 13.10.2023
Cəmiyyət
704
Gənclər arasında işsizlik daha yüksəkdir. Bu təkcə Azərbaycan yox, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, dünyanın hər yerində gənclərin iş tapması daha çətindir: "Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycanda gənclərin işsizliyinin əsas səbəbi peşə seçimi ilə bağlı böyük boşluqların olmasıdır:
“Hazırda ali təhsil alan gənclər ixtisas seçimi edərkən ixtisasın perspektivinə önəm vermirlər. "Əlimdə diplomum olsun" prinsipi ilə məsələyə yanaşdıqları üçün ölkədə işsizlik ordusu yaranır. Müasir və sürətlə inkişaf etməkdə olan dünyada avtomatlaşdırılmış idarəetmə formasının tətbiqi ilə birlikdə insan faktoruna ehtiyac azalır. Bu nöqteyi-nəzərdən gənclər gələcəklə bağlı peşə seçimlərini diqqətli etməlidirlər. Diplom naminə oxumaq onları uçuruma aparır”.
F.İbrahimov məsələdə tək günahkarın gənclər olmadığını vurğulayıb:
“ Təhsil ocaqlarında, media orqanlarında gənclərin doğru istiqamətləndirilməsi aparılmalıdır. Universitet oxumayanlarsa, düzgün sənətə yönəldilməlidirlər. Digər yandan şirkətlər yeni məzunlara və iş təcrübəsi olmayan gənclərə şans verməlidirlər. Azərbaycanda heç bir şirkət kadr yetişdirmə siyasəti yeritmir. Əsl faciə budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm