İstirahət mərkəzlərində ürəkbulandıran mənzərələr... - AİB sədri danışır
Yusif Nəzərli
14:25 18.08.2023
Cəmiyyət
669
"İstehlakçı hüquqlarını qoruyan bir təşkilatın sədri olaraq, daim Azərbaycan regionlarındakı ictimai iaşə obyektlərinin vəziyyətini təhlil edirəm. Elə dünən Qusardan qayıtdım. Son 3 ildə baş verən dəyişikliklər məni dəhşətə gətirdi".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov istirahət mərkəzlərinin vəziyyətindən danışarkən deyib. Onun sözlərinə görə, Qusar rayonu ərazisində hər yer çoxdan zəbt olunub, "n" sayda yeni obyekt tikilib:
"Bütün restoranlar, əyləncə, istirahət mərkəzləri insanla doludur. Məsələn, elə Qusarda yerləşən "Qayi bulaq" istirahət mərkəzində o qədər insan çoxluğu ilə hansı keyfiyyətli xidmətdən söhbət gedə bilər?! Orada nə əti desəniz, qonaqlara verərlər. Adam əlindən tərpənmək mümkün deyil. Həmçinin həmin rayonda yerləşən "Qusar göl" istirahət mərkəzinə də getdim. Oradakı vəziyyət isə başqa cür idi. Bir neçə günlük qalacaq olan insanlar və gələn qonaqlar üçün ayrıca xidmət göstərilirdi. Adam çox idi, lakin xaotik vəziyyət hökm sürmürdü. Sonra Quba-Xınalıq istiqamətinə üz tutdum. Həmişə təriflənən, çox yaxşı reytinqi olan "Aynur" istirahət mərkəzinə də daxil oldum. İnsanla dolu idi.
Heç gecəni qalmaq üçün yaxın 3 gündə də yer yox idi. Lakin xidməti nisbətən lazımi səviyyədə ediblər. Çoxlu sayda personal fəaliyyət göstərir. Əksər hallarda getdiyim restoranların, istirahət mərkəzlərinin qab yuyulan yerinə baş çəkirəm. AİB sədri olduğumu bildirmirəm. "Aynur" istirahət mərkəzində vəziyyətin normal olduğunu gördüm. Daha sonra Xınalıq yolunda yerləşən "Nazlı bulaq" istirahət mərkəzinə doğru yol aldım. Ora da insanla dolub-daşırdı. Amma xidmət səviyyəsi normal sayılar. Qab yuyulan yer və mətbəxə göz gəzdirdim. Hər şey qaydasında görünürdü. Qiymətlər də istehlakçıların cibinə uyğundur. Ancaq Hacıkəndəki istirahət mərkəzlərinə nəzər salsaq, başdan ayağa antisanitar şərait görərik. 50 istirahət mərkəzi yerləşirsə, hamısının mətbəxində üstü kirli, paslı, qadınlar əllərinə qapqara əsgi alıb, qab yuyurlar. Ürəkbulandıran mənzərə ilə qarşılaşa bilərik. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) bütün istirahət mərkəzlərinə nəzarəti həyata keçirə bilmir. Ona görə də ictimai nəzarət, KİV-in fəaliyyəti bu istiqamətdə AQTA-ya böyük dəstək ola bilər. Həmin mərkəzlərin mətbəxinə gedəndə ictimai təşkilatın sədri olduğumu deyib, məkana baxış keçirmək istədiyimi bildirsəm, bəlkə də, buna icazə verməzlər.
Müəyyən üsullarla mətbəxə göz gəzdirirəm, qab yuyulan yerə baxıram. Əksər yerlərdə qabların avtomatik yuyulması üçün sistem qurulmayıb. Üzəri kirli, paslı, yağın içində olan qadınlar bütün gün orada qab yuyurlar. Bu, anormal haldır. Bölgələrimiz insanla doludur. Tələb təklifi üstələdiyi üçün keyfiyyətsiz bir xidmət meydana çıxıb. Hansı istirahət mərkəzləri öz markalarını saxlamaq üçün indiyə qədər normal fəaliyyət göstərirdisə, onlar da artıq antisanitar vəziyyətin içində itib, batıb. Ona görə də bu yaxınlarda AQTA-nın təklif etdiyi kimi, nəinki otellərin, istirahət mərkəzlərinin ulduzlaşdırılması işi də mütləq həyata keçirilməlidir. Bütün mətbəxlərdə, sanitar qovşaqlarda olan gigiyenik tələblər yerinə yetirilməlidir. AİB sədri olaraq, bu yaxınlarda cənub bölgəsinə də gedib, vəziyyətlə tanış olmaq niyyətindəyəm".
Qeyd edək ki, Qusarda istirahət mərkəzində 5 nəfər zəhərlənib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə Qusar rayonunun Caqar kəndində baş verib. Bu barədə TƏBİB-dən məlumat verilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou