Kamillərə, Rozalara CAVAB: "Orduya film kimi yanaşmaq olmaz!” - Ölçü götürüləcək!
Banuçiçək Kalbalıyeva
14:17 16.12.2020
Cəmiyyət
670
Əziz Əlibəyli: “Kim deyir ki, yardım eləmə, elə. Amma bu şəkildə eləmə”
Emin Həsənli: “Nə Türkiyədə, nə ABŞ-da, nə də hansısa başqa ölkədə analoji hadisəyə rast gələ bilməzsiniz”
“Müzakirə mövzusuna çıxardığımız hal hansısa formada hərbi sirrin yayılmasına səbəb ola bilər”
“Özünü reklamla məşğul olanların “pay”ına ehtiyac yoxdur və olmayacaq”
“Qalib gələn ordu Kamilin, Rozanın timsalında məğlub edilir. Axı xeyriyyəçi kimliyini deməməlidir. Nə oldu? “Aldın payını, keç” nə deməkdir? Kim deyir ki, yardım eləmə, elə. Amma bu şəkildə eləmə. Yeməklər testdən keçirilməli, yoxlanılmalıdır. Kim bilir içində nə var?”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli özünün “Facebook” hesabında yazıb. O, belə addımların qarşısının alınmasını tələb edib:
“…Şiddətlə qınayırıq. Xeyriyyə əməlinin yayılmasında da bir forma olmalıdır. Bunun yayılmasında ordunun şərəfinə xələl gətirən nəsə olmamalıdır axı. Şəhid anası belini büküb dayanır Rozaların, Kamillərin qabağında. Bu, bizim üçün ölüm yeridir, utanc nöqtəsidir axı”.
Hərbi ekspert Emin Həsənli “Sherg.az”a açıqlamasında belə addımlara ehtiyac olmadığını vurğulayıb:
“Silahlı Qüvvələrimizdə ən yüksək səviyyədə təminat var. Ordumuz ən müasir silahlarla təchiz edilib. Hərbçilərimizə gündə üç dəfə, lazımi qaydada yemək verilir. Şou-biznes nümayəndələrinin etdikləri, bəlkə, heç dənizdə damla da deyil. Düzdür, həmrəyliyimizi, birliyimizi göstərmək baxımından yaxşıdır. Amma belə də yox.
Nə Türkiyədə, nə ABŞ-da, nə də hansısa başqa ölkədə analoji hadisəyə rast gələ bilməzsiniz. Ordu, qazi, şəhidlə özünüreklam olmaz. Bu, yolverilməzdir, qəbuledilməzdir. Həqiqətən, orduya dəstək olmaq istəyənlər onda Silahlı Qüvvələrin yardım fonduna, şəhid və qazi ailələrinə kömək etmək istəyənlər isə yeni yaradılan “YAŞAT” fonduna müraciət edə bilərlər. Daha özünüreklama ehtiyac yoxdur! Orduya şou-biznes və film kimi yanaşmaq olmaz!”
E.Həsənlinin sözlərinə görə, belə davam edərsə, dövlət lazımi addımları atacaq:
“İndiyədək Heydər Əliyev Fondu vasitəsilə o qədər yardımlar edilib ki.... Amma heç biri ictimailəşdirilməyib. Həmçinin vətənpərvər, həqiqətən, ürəyindən gəldiyinə görə, heç bir təmannasız-filansız təşəbbüs göstərənlər də az deyil.
Onlar barədə də mətbuatda heç bir məlumat yoxdur. Nəzərə almaq lazımdır ki, müzakirə mövzusuna çıxardığımız hal hansısa formada hərbi sirrin yayılmasına səbəb ola bilər. Deməli, ilk növbədə ictimai qınaq olmalıdır. İkincisi isə, zərurət yarandıqa dövlət, hüquq - mühafizə orqanları lazımi “ölçünü götürəcəklər”.
Vətən müharibəsi dövründə dövlətimizin bir neçə istiqamətdə uğurlu fəaliyyəti onu deməyə əsas verir ki, özünü reklamla məşğul olanların “pay”ına ehtiyac yoxdur və olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya