Kiber hücumlardan qorunmaq üçün operativlik olmalıdır - Ekspert
12:10 17.04.2023
Cəmiyyət
817
"Azərbaycanda dövlət qurumlarına qarşı kiber hücumun əsas motivləri müxtəlif ola bilər".
Bunu "Sherg.az"a İKT üzrə mütəxəssis Fərhad Mirəliyev dövlət qurumlarına qarşı 314 kiberhücum indikatorunun müəyyən edilməsindən danışarkən deyib. Onun sözlərinə görə, ilk növbədə, dövlət qurumlarımıza aid kritik İT infrastrukturu (DOS hücum) iflic etməyə çalışırlar:
"Ölkəmizdə dövlət orqanlarına aid korporativ şəbəkəyə müdaxilə etməklə həssas və əhəmiyyətli dataları ələ keçirirlər. Həmçinin korporativ şəbəkəni ələ keçirmək və mövcud infrastrukturdan 3-cü tərəflərə qarşı hücumların təşkilində istifadə edilir. Təəssüf ki, kiber təhlükəsizliyin təmin olunması istiqamətində görüləcək işləri bir o qədər sadə hesab edə bilmərik. Yəni təhlükəsizliyi bir düymə ilə aktiv/deaktiv etmək kimi asan deyil. Bir sıra kompleks tədbirlər tələb edən bir prosesdir. Burada server aparat və proqram təminatından tutmuş son istifadəçinin kompüterində baş verən əməliyyatlara qədər nəzarət və operativlik olmalıdır. Yəni təhlükəsizliyi bir zəncirə bənzədə bilərik. Bu zəncirin ayrı-ayrılıqda hansısa həlqəsinin güclü olması effekt verməyəcək. Yaxşı olardı ki, bütün təhlükəsizlik zəncirində iştirak edən komponentlər eyni dərəcədə standartlara və təlimatlara cavab versin. İnformasiya təhlükəsizliyinin təmin olunması 3 aspekt - konfedensiallıq, tamlıq və əlçatanlıq baxımından önəmlidir".
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-mart ayları ərzində dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru (IOC) müəyyən edilib. Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, IOC-ların bloklanması hesabına dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb. Bu kibertəhdidlərin 139-u daxili araşdırma, 175-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında aşkarlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi