
Konstitusiya dəyişikliyi edilə bilərmi? - AÇIQLAMA
09:38 17.10.2023
Cəmiyyət
605
Bu, mütləqdir və qalib Azərbaycan tezisinin əsasını təşkil edir
"Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin dövründə yeni-milli konstitusiya qəbul edilmədi. Lakin dövlətin inşası, yeni iqtisadi-siyasi münasibətlər sistemini idarəçiliyə daşımaq, o cümlədən, ordu, müttəfiqlər, neft və müharibə siyasətini qurmaq üçün 3-cü Respublika böyük bir yol keçdi". Bu barədə millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc öz məqaləsində yazıb. Deputat qeyd edib ki, Dördüncü Respublika ölkənin idarəçilik sistemində yeni Konstitusiyanın qəbulunu zərurətə çevrir: "Azad torpaqlarda yeni Vətən quruculuğu xüsusi nümayəndəlik institutunun, "Böyük Qayıdış"ın, Qarabağda və bütün Qafqazda birgəyaşayış üçün həyata keçirilən yeni siyasətdə güclü hüquqi təməllərin inşasını tələb edir. Qalib Azərbaycan xalqının gözləntiləri də 45 günün gətirdiyi səlnaməyə uyğundur. 90-cı illər erası ilə bərabər, onun mirası da tarixə qovuşur. 18 oktyabr müstəqilliyin bərpasından sonrakı təqvimin qara haşiyəyə alınmış günləri 8 noyabr və 20 sentyabrla əvəzlənir. Qələbədən sonrakı yeni siyasi və mənəvi kimlik meydana çıxır". Z.Oruc vurğulayıb ki, İlham Əliyev dünyaya dördüncü Respublikanın yaradılışı fonunda yeni təhlükəsizlik konsepti irəli sürür: "İlham Əliyevin Qələbə formulu dünyada sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayır və dördüncü Respublika sülhün ixracı ilə başlayır. Azərbaycan apardığı 30 illik mübarizəyə siyasi və hüquqi yekun vurur, yeni dövrün başlandığını bəyan edir. Qarabağ savaşı bitdi, indi Ağbənddən dünyaya yeni körpü atılır. Bir vaxtlar hökmdar 2-ci Murad Osmanlı Türkiyəsini məhz körpü ilə Balkanlarla birləşdirmək istəmişdi. İmperiya yoxdur, lakin onun birləşdirici qolları yaşayır! Yeni siyasi əsr 2023-cü ildən başlanır".
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın öz torpaqlarında suverenliyini bərpa etməsindən sonra ölkə qarşısında dayanan əsas məsələ müasir idarəçilik və hüquq sistemində vacib dəyişikliklər edilməsidir və prioritetlərdəndir. Ekspertin sözlərinə görə, bunun üçün Konstitusiya dəyişikliyinə ehtiyac var:

"İlk növbədə proporsional seçki sisteminə keçilməsi, bələdiyyə institutunun, məhkəmə və hüquq sistemində qanunun aliliyi prinsipinin təkmilləşdirilməsi üçün addımların atılması mütləqdir. Ölkənin demokratik prinsiplərə əsasən idarəçiliyindəki çatışmazlıqları aradan qaldırmaq üçün xüsusi fəaliyyət olmalıdır. Konstitusiya dəyişiklikləri üçün referendum keçirilməsi artıq zamanın tələbidir. Azərbaycan dövləti öz inkişafında yeni eraya qədəm qoyur. "Dördüncü respublika" dövrü anlayışı öz ifadəsində zamanın tələbi ilə ayaqlaşmalı,
inkişafını buna görə uyğunlaşdırmalıdır. Bu, mütləqdir və qalib Azərbaycan tezisinin əsasını təşkil edir. Azərbaycan dövləti bütün dünyaya sübut etməlidir ki, qəhrəman xalq olduğu kimi, eyni zamanda demokratik və müasir xalqdır. Azərbaycan dövləti və xalqı "dördüncü respublika"nı dünyanın ən demokratik ölkəsi adı ilə taclandırmalı, dünyanın demokratik tədbirlərində ən başda oturmalı, arzuedilən dövlət və xalq olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol