Könüllülər nə vaxt tərxis olunacaqlar ? – AÇIQLAMA
Banuçiçək Kalbalıyeva
12:08 16.12.2020
Cəmiyyət
863
“Onlara yalnız hərbi vəziyyət buna icazə verəcəyi təqdirdə tərxis oluna bilərlər”
“İndiki mürəkkəb şəraitdə onların taleyinə dair konkret bir söz demək çətindir”
“Hər halda əsgər və zabitlərimizin tərxis olunma ardıcıllığında ailə vəziyyətinin əsas götürüləcəyini düşünürəm”
Məlum olduğu kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin dekabrın 1-də imzaladığı müvafiq Sərəncama uyğun şəkildə bir neçə kateqoriyaya aid olanların, o cümlədən ailənin tək övladlarının, üç və daha çox uşağı olanların ordudan tərxis edilməsinə başlanılıb. Elə isə ailədəki iki oğulun hər ikisi hazırda cəbhədirsə, onların taleyi necə olacaq?
Düzdür, rəsmi olaraq müharibə başa çatsa da, erməni təxribatı dayanmır. Bu isə müdafiə sistemində hələ də maksimum dərəcədə ayıq-sayıq olmağımızı zərurətə çevirir. Bir tərəfdən isə ailələrin nisgili, həsrəti...
Hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirib:
“Bu barədə xüsusi qanunvericilik bazası yoxdur. Sadəcə onu deyim ki, icbari hərbi xidmətdə olanların tərxisi müddətlə bağlıdır. Yəni müəyyən olunmuş vaxtdan sonra qayıdırlar.
Könüllü gedənlər isə yalnız hərbi vəziyyət buna icazə verəcəyi təqdirdə tərxis oluna bilərlər. İndiki mürəkkəb şəraitdə onların taleyinə dair konkret bir söz demək çətindir. Həm də bu, yalnız Prezident, Ali Baş Komandanın xüsusi Sərəncamı ilə həll olunacaq məsələdir.
Hər halda əsgər və zabitlərimizin tərxis olunma ardıcıllığında ailə vəziyyətinin əsas götürüləcəyini düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region