Korona təhlükəsi davam edir: Virus artıq mutasiyaya uğrayıb – ÇARƏ NƏDİR?
Turan
13:25 30.01.2020
Cəmiyyət
2784
“Virusa qarşı vaksinin hazırlanması üçün ən azı 3 ay vaxt lazımdır”. Bunu Sherg.az-a açıqlamsında tibb elmləri üzrə fəlsəfə doktoru, həkim-terapevt Şəmsiyyə Namazova deyib. Həkim bildirib ki, korona virusu artıq mutasiyaya uğrayıb:
“Mutasiyaya uğrayan virus öz xüsusiyyətini, vaksinlərə qarşı davamlılığını, ümumiyyətlə ilkin formasını itirmiş olur. Virus insana bulaşarkən onun DNT-sini pozur və başqa formaya keçir. Korona viruslarının heyvandan, yarasa və ilandan insana bulaşdığı, lakin insandan insana keçmədiyi iddia edilir. Amma bunu dəqiq söyləmək mümkün deyil. Çünki virus ilkin xüsusiyyətlərini itirdiyinə görə, havadan damcı yolu ilə keçmə ehtimalı var. Ona görə də önləyici tədbirləri əldən buraxmamalıyıq. Adətən, yuxarı tənəffüs yollarının infeksiyalarında hansı tədbirləri görürüksə, sözügedən virus təhlükəsinə qarşı da həmin addımları atmalıyıq.
Kimsə Çindən gəlibsə və virusa bulaşmış adamla əlaqədə olubsa, burada ilk növbədə xəstənin inkubasiya dövrünü gözləməliyik. İnkubasiya periodu xəstəliyin insana bulaşmsından ilk simptomu çıxana qədərki dövrü əhatə edir. Hər xəstəliyin inkubasiya dövrü fərqli olur ki, bu da 1 həftə, 20 gün, yaxud 3 həftə çəkir. O baxımdan şübhələndiyimiz məqam olarsa, buna ciddi yanaşmalıyıq. 5-6 günlük müalicədən sonra “yaxşıyam, sağaldım” demək olmaz. Bu cür xəstələr ilk növbədə poliklinikaya müraciət etməli, həm xəstə, həm də ailə üzvləri nəzarət altına alınmalıdır. İnkubasiya dövrünün keçdikdən sonra xəstənin virusa yoluxub-yoluxmadığını söyləyə bilərik”.
Ş.Namazova immuniteti artırmaq üçün faydalı ola biləcək vasitələri də sadalayıb:
“Maskarlardan istifadə edilməli, əhalinin sıx olduğu yerlərə gedilməməli, əllər tez-tez yuyulmalıdır. Eyni zamanda xəstə yatan otağın havası mütəmadi təzələnməlidir. Mürəbbəli çay, meyvə-tərəvəz, maye, aspirin və hərarəti aşağı salan digər vasitələrdən istifadə edilməlidir. Açıq havada sürətli gedişlərlə və başqa üsullarla immunitetimizi mümkün qədər gücləndirməlidir. Belə halda bədənin infeksiyaya qarşı mübarizəsi qüvvətlənmiş olur. Düzdür, rəsmi qurumların məlumatına əsaslanaraq deyə bilərik ki, hələlik Azərbaycanda korana virusuna yoluxanlar yoxdur. Lakin buna baxmayaraq, ehtiyat tədbirlərini əldən verməməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət