Koronavirusla əlaqədar Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər başladı
06:04 20.03.2020
Cəmiyyət
535
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə olunan mübarizə tədbirləri çərçivəsində Azərbaycan Ordusunda qabaqlayıcı tədbirlər həyata keçirilir.
"Sherg.az"ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası və hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.
Tibbi personal Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun mütəmadi təlimatlandırılır.
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi və tabeliyində olan qurumlar gücləndirilmiş iş rejiminə keçirilərək Səhiyyə Nazirliyi və onun müvafiq qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Ən müasir tibbi avadanlıqlarla tam təchiz edilən mobil səyyar hospitallar ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün həkim briqadası ilə hazır vəziyyətə gətirilib.
Hərbi hissələrə normadan əlavə dərman preparatları, profilaktiki və dezinfeksiyaedici vasitələr, o cümlədən qoruyucu maskalar çatdırılıb və onların ehtiyatı mövcuddur. Binaların girişində fərdi qaydada dezinfeksiya üçün spirt tərkibli antiseptik məhlullar yerləşdirilib.
Şəxsi heyət arasında müvafiq maarifləndirmə işləri təşkil edilir və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.
Hərbi hissələrdə ərzaq məhsullarının qəbulu, saxlanması və emalı prosesinə, həmçinin qida hazırlanması texnologiyasına ciddi riayət olunur. Bütün şəxsi heyət yüksək kalorili ərzaq payı, polivitaminlərlə təmin olunub.
Qabaqlayıcı tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəzarət buraxılış məntəqələrində qoruyucu geyimlə təmin edilmiş hərbi qulluqçular tərəfindən daxil olan şəxslərdə temperaturun ölçülməsi üçün xüsusi termometriya qurğusundan istifadə olunur. Həmçinin nəqliyyat vasitələrinin dezinfeksiya işləri yerinə yetirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi