Korrupsioner icra başçılarının həbs dalğası genişlənir - AKTUAL
Turan
07:52 22.02.2020
Cəmiyyət
2661
Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov, həmçinin Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun həbsindən sonra ötən gün daha bir icra başçısı iş başında saxlanılıb. Bu dəfə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən tutulub.
Məlumat üçün bildirək ki, İsmayıl Vəliyev 2011-ci ildən Neftçalaya icra başçısı təyin olunmuşdu. O, Azərbaycan Respublikasının ilk baş prokuroru İsmət Qayıbovun bacısı oğludur.
Bəzi KİV-lərdə gedən xəbərlərə görə, bir neçə rayonun icra hakimiyyətlərində yoxlamalar aparıldığı və bəzi yoxlamaların həbslərlə nəticələnəcəyi iddia olunur. Məlumdur ki, icra hakimiyyətləri cəmiyyətdə ən çox şikayət olunan qurumlar kimi tanınır. İllərdir mətbuatda icra başçıları “kiçik padşahlar” kimi təqdim olunur. Lakin son zamanlar Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu islahatların, kadr və struktur dəyişikliklərinin mühüm tərkib hissəsi kimi rüşvətə bulaşmış bir sıra dövlət məmurlarının, icra başçılarının da təmizlənməsi prosesi həyata keçirilir. Prosesə Ağstafadan start verildi və Azərbaycanda ilk dəfə olaraq icra başçısı iş başında həbs olundu. Hətta əməliyyatın görüntüləri də ictimailəşdirildi. Məlumdur ki, Prezident son aylar ərzində həyata keçirdiyi yeni icra hakimiyyəti təyinatlarında rüşvət və korrupsiya faktlarına xüsusi olaraq toxunmuş, bu cür qanunsuz əməllərlə məşğul olan məmurların sərt şəkildə cəzalandırılacağını bildirmişdi. Dövlət başçısı Yevlaxın və Xaçmazın yeni icra başçılarını qəbul edərkən demişdi: “Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.
İcra başçılarının rüşvətə görə həbs olunmasını “Şərq”ə dəyərləndirən sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib ki, qanunsuz əməllər törədən icra başçılarının bu şəkildə ifşa olunması və həbs edilməsi digər məmurlar üçün dərs ola bilər. Professorun sözlərinə görə, qətiyyətlə bu məsələnin üzərinə gedilməsi rüşvətə bulaşmış icra başçılarının təmizlənməsi ilə nəticələnər:
“Həbs qorxusundan çox adam dərs çıxaracaq və başqa icra başçıları bu cür qanunsuz əməl törətməkdən çəkinəcəklər. İcra başçılarının böyük əksəriyyəti rüşvətə meyillidir. Əksər icra hakimiyyətləri başçılarının aldıqları rəsmi məvaciblə müqayisədə qat-qat artıq var-dövlətə, mal-mülkə sahib olmaları, xaricdə biznes qurmaları onların rüşvət aldıqlarını göstərir. Deməli, icra başçıları təkcə əməkhaqqı ilə keçinməyiblər. Ona görə də Azərbaycan ictimaiyyətində icra başçıları ilə bağlı haqlı olaraq ümumi ictimai fikir formalaşıb ki, onların hamısı rüşvət alır”.
Ə.Qəşəmoğlunun fikrincə, əvvəllər o qədər sərt tələb olmadığı üçün icra başçıları istədikləri kimi hərəkət ediblər və “sərbəst” olublar:
“O səbəbdən köhnə icra başçılarında rüşvətxorluq müəyyən qədər vərdiş halını alıb. Psixoloji olaraq rüşvətə meyilləniblər. Çox güman ki, yeni təyin olunan gənc icra başçıları bu yola getməyəcəklər. Gənclər sərt xəbərdarlıqdan və tövsiyələrdən daha yaxşı ibrət götürəcək. Amma köhnə kadrlar yenə də məqam gözləcəklər və fürsət düşdükcə neqativ əməllərə əl atacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili Kabo-Verde millisinə azarkeşlik edir
14:21 26.06.2026
Gündəm
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
14:17 26.06.2026
Futbol
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
13:43 26.06.2026
Gündəm
Obamadan Trampa: Onun zehnində mənə məxsus bir otaq var
13:27 26.06.2026
Gündəm
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
13:11 26.06.2026
Ekologiya
Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür - ŞƏRH
12:38 26.06.2026
Gündəm
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
12:19 26.06.2026
Sağlamlıq
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
12:05 26.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
12:01 26.06.2026
Hadisə
Polis paytaxt və bölgələrdə qanunsuz saxlanılan silahlar aşkarladı
11:49 26.06.2026
Hadisə
KİV: Alen Simonyan Ermənistan prezidenti postuna gətirilə bilərmi?
11:01 26.06.2026
Region
Sumqayıt bulvarında hərbi qulluqçuların yürüşü keçirilib
10:54 26.06.2026
Hərbi
Venesuelada ölənlərin sayı 235-ə çatdı
10:51 26.06.2026
Dünya
İtkin düşən altı nəfər tapıldı
10:39 26.06.2026
Hadisə