Korrupsiyaya qarşı mübarizənin müqayisəli TƏHLİLİ 

Müasir dövrdə korrupsiyaya qarşı mübarizə: strategiya, taktika və modellərin müqayisəli təhlili

İstər elmi-hüquqi,istərsə də, populyar ədəbiyyatda korrupsiyaya qarşı mübarizə ilə bağlı geniş müzakirə və tədqiqatlara rast gəlirik. Eyni zamanda,həmin mənbələrdə müasir dövrdə ölkələrin korrupsiyaya qarşı mübarizə strategiyaları və taktikaları,tətbiq edilən praktiki modellərin müqayisəli təhlilinə nisbətən az yer verilir. Nəticə olaraq,mövcud modellərin güclü və zəif, uğurlu və müsbət təcrübəsinin dəyərləndirilməsi ilə bağlı qənaətlərə gəlməyə çətinlik yaranır.
Antikorrupsiya stretegiyaları onu yaradan səbəblərin-yəni korrupsiya hallarının cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi üçün yalnız,onların sistemli olaraq aradan qaldırılmasına yönəldikdə müsbət nəticə verə bilər. Strategiyaların mühüm bir cəhəti-onların siyasi quruluş baxımından müxtəlif olan ölkələr üçün ümumi-universal xarakter daşımasıdır. Bundan fərqli olaraq, korrupsiyaya qarşı taktikalar-praktiki olaraq yaradılan mexanizmlər və modellər fərqli-unikal xarakter daşıyır. 

Korrupsiyanın sistemli aradan qaldırılmasına yönlən strategiyalar və taktiki modellər

Korrupsiyaya qarşı mübarizə gedişində dövlətlərin formalaşdırdığı təsisatlar “antikorrupsiya institutsionalizmi”ifadəsi ilə təsvir edilir.
Bütün dünyada Antikorrupsiya strategiyalarını üç növə ayrılır:
"Sistemli strategiya"- Səbəbləri aradan qaldırmaq üçün müəyyən edilir;
"Müharibə strategiyası"-ən sərt xüsusi əməliyatlar və mübarizə tədbirləri;
"Şüurlu passivlik "strategiyası.Təkamül yolu ilə hüquq dövlətin, hüquq mədəniyyətinin  formalaşmasıvə maariflənməyə ümid. Bütövlükdə Əslində antikorrupsiya strategiyaları bu üç növün hibrid sintezi də hesab edilə bilər.
Hazırda ATƏT-in Antikorrupsiya Təlimatına əsasəndünyadabu sahədə mövcud olan  İxtisaslaşdırılmış antikorrupsiya qurumları 3 növdur:
1.Çoxfunksiyalı model (Honkonq) - Ən optimal model sayılır.   Həm profilaktik tədbirlər həyata keçirir, həm  hüquq mühafizə səlahiyyətlərinə sahibdir,həm də maariflənmə hüquq mədəniyyətilə bağlı təhsili və tədqiqat işlərini təşkil edir.
2. Hüquq-mühafizə modeli (Azərbaycan, Xorvatiya, Rumıniya)- Korrupsiyanı araşdırmaq və cinayət məsuliyyətinə cəlb etmək üçün hüquq mühafizə orqanlarına malik olan "müstəqil" qurumlar; Bunlar mövcud polis və ya prokurorluq orqanlarına inteqrasiya olunmuşdur.  
3. Preventiv-önləyici qurumlardan ibarət model (ABŞ və s.). Müstəqillik dərəcəsi və korrupsiyaya qarşı iş metodları ilə ən müxtəlif təşkilati strukturları əhatə etdiyi   üçün son dərəcə çoxsaylı strukturlar şəbəkəsini əhatə edir.
Çoxfunksiyalı model yeni demokratiya ölkələrində deyil, inkşiafetmiş ölkələr üçün məqbul sayılır.

Antikorrupsiya institutsionallaşmasında Korrupsiya ilə mübarizə komissiyalarının yeri və rolu
Dünyanın müxtəlif bölgələrində antikorrupsiya tədbirlərinin geniş olmasına baxmayaraq,  “Transparency International” reytinqinin liderləri olan ölkələrin  korrupsiyaya qarşı mübarizənin vahid strategiyasında bütün dünyada ən ümumi və ən səmərəli instirutlardan  biri- Komissiyalardir.Korrupsiyaya qarşı mübarizə strategiyalarında əsas qurumlardan olanantikorrupsiya Komissiyaları -əsasən 2-ci modelə aid olmaqla yanaşı, həmçinin digər modellərin sintezi hesab edilə bilər. Bu baxımdan əlverişli model sayılır.2002-ci ildə Avropa Şurası (European Council) korrupsiya üzrə Kriminal Qanun qəbul etməsi ilə başlayıb.Qanunda üzv ölkələrin korrupsiyaya qarşı mübarizədə ixtisaslaşdırılmış qurumlarının yaradılması tələb olunurdu. BMT-nin 2005-ci ildə qüvvəyə minən  analoji qanunu - korrupsiyanın qarşısının alınması üçün onun kiminallaşdırılması, beynəlxalq əməkdaşlıq və korrupsiyanın səbəb olduğu problemlərin aradan qaldırılması kimi məsələləri nəzərdə tuturdu. Eyni zamanda korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə ixtisaslaşdırılmış orqanların yaradılması tələb olunurdu.
Korrupsiyaya qarşı mübarizədə mövcud 3 strategiyanın SWOT- analizi:

S W O TMüharibə strategiyasıŞüurlu passivlik strategiyasıSəbəb və şərtlərin aradan qaldırılması strategiyası
Güclü tərəf (Strengths)


Problemlər müəyyən edilir
Dövlətin fəal mövqeyi
Nəticəyə ən tez nail olunur
Əlavə sərmayə qoyuluşu lazım gəlmir
Mədəniyyətin tədrici dəyişdirilməsinə ümid Sistemli xarakter daşıyır
Səbəblərin aradan qaldırılmasına istiqamətlənmə
Uzun müddətlilik
İnsan haqlarının pozulmasına yol verilməmsi
Yüksək legitimlik
Unuversallıq
Mümkün sabotaj və inersiya ehtmalının olmaması  
Dövlətin fəal mövqeyi
Proqramın uğuruna böyük ehtimalın olamsı 

Zəif tərəf (Weaknesses)

Nəticənin zamandan aslılığı
Latent korrupsiyanın artması
İnsan haqlarının pozulması
Korrupsiyanın artmasi
Legitimləşməyə daimi tələbat
Populizm 
Korrupsiya şəbəkələrinin formalaşması
Tənzimləyici təsirin olmaması
Problem ətraflı  müəyyən edilmir
Dövlətin passiv mövqeyi
Korrupsiya və özbaşınalığın artması
İnsan amilinin zəif əsaslandırılması
İnstitutların mexaniki transferi
Nəticələrin ləngliyi
Səmərəliliyin proqnozlaşdırıla bilməməsi
İmkanlar (Opportunities)Gələcəyi yoxdurSonrakı tədbirlərin parametrlərinin müəyyən edilməməsi
Mədəniyyətin tədricən dəyişdirilməsinə ümidSonrakı addımlar üçün əsasların yaradılması
Dövlətlər sisteminə, beynəlxalq mühitə mümkün müsbət təsiri
Təhdidlər
(Threats)Rəqiblərə qarşı mübarizə
Əhəmiyyətli qarşıdurma/sabotaj
Korrupsiyanın artması və sistemli xarakter daşıması
Korrupsiyaya qarşı mübarizənin çətinləşməsi
Korrupsiya ənənəsinin dərinləşməsi
Qeyri-əlverişli iqtisadi mühitin formalaşmasıKorrupsiya üsullarının şaxələnməsi
Siyasi sabitlikdən asılı olması
Nəticələrin proqnozlaşdırıla bilməməsi
Ayrı-ayrı sahələrdə uğursuzluqların bütün sistemə zəif təsiri ehtimalı
Mədəni ətalət-inersiya

Ölkələr üzrə taktika-modellərin müqayisəsi:Amerika Birləşmiş Ştatları
Antikorrupsiya qanunlarına və müxtəlif komissiyalara qədər Amerika xüsusi əməliyyatların tətbiq edilməsi metodu ilə mübarizə aparırdı.  Həmin xüsusi əməliyyatları sırasında artıq korrupsiya dərsliklərinə salınan “Şeyx və arılar”(“ Sheikh and bees”1966)adlı əməliyyat  xüsusilə uğurlu alınmışdır.https://pasmi.ru/archive/84280/Belə ki, Komissiya  ərəb milyarderlərinin vasitəçiləri” adı altında yaradılan “korrupsiya şəbəkəsi”nə sızaraq   ən yüksək vəzifələr tutan rəsmilərə kommersiya maraqları müqabilində yüksək məbləğlər təklif etmişdi.Bu əməliyyat çox sayda senator və nazirlərin ifşasına səbəb oldu.Beynəlxalq Şəffaflıq (Transparency International (Tİ)) Reytinqində  ABŞ  15-20-ci sıralarda durur. Son rəy sorğuları göstərir ki, Prezident Kabineti,Konqres, yüksək vəzifəli şəxslər və biznes nümayəndələri ən korrupsioner mümayəndələr kimi ilk 3 sıralarda durur. Sonuncu yerdə polis və məhkəmə yer alır. Sorğulara görə, sıravi amerikalıların dövlət orqanlarına inamsızlığı artıb.

Çin modeli
Çində 1980-ci illərdə  Den Syao Pin “”İslahatlar və aşkarlıq siyasətini həyata keçirirdi.İndi də Si Dzin Pin-“Antikorrupsiya proqramı” reallaşdırır. “Pələngləri də(iri məmurlar),milçəkləri(xırda məmurlar) də ovlamalı!”siyasəti adlanır.

Sinqapur modeli

Sinqapurkorrupsiyaya ən qısa vaxtda qalib gəlməyin ən nadir təcrübəsidir. Üstəlik, avtoritar ölkə olmaqla yanaşı antikorrupsiya liderliyinin ilk şəffaflıq onluğundadr. Sinqapurda “Korrupsiya Əməllərinin  Təhqiqatı Bürosu” yaradılıb.  Burada KİV-lərin dövlətə dəstəyi həlledici hesab edilir.

Dünyanın bir sıra ölkələrinin təsis etdiyi antikorrupsiya Komissiyalarının status və fəaliyyət baxımından müqayisəsi
Yuxarıda qeyd edilən 1-ci “çoxfunksiyalı” modelə aidolan çoxfunksiyalıanti-korrupsiya qurumları modelleri (Multi-purpose Agencies with Law Enforcement Powers ):

Honq Kong Xüsusi İdarəetmə Regionu: Korrupsiyaya qarşı Müstəqil Komissiya
Sinqapur: Korrupsiya Hallarının tədqiqi üzrə Büro
Litva: Xüsusi Araşdırma Xidməti
Latviya: Korrupsiyaya Qarşısının Alınması Korrupsiyaya Qarşı Mübarizə Bürosu

2-ci modelə aid Hüquq-Mühafizə tipli Qurumlar (Law Enforcement Type Institutions):
İspaniya: Korrupsiya ilə əlaqəli iqtisadi cinayətlərin bərpası üzrə Xüsusi Prokurorluq
Rumıniya: Milli Antikorrupsiya Müdirliyi
Xorvatiya: Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
Xüsusi Polis Xidmətləri
Belçika: Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İdarəsi
Norveç: İstintaq və Prokurorluq üzrə Norveç Milli Təşkilatı İqtisadi və Ətraf Mühit Cinayətləri (OKOKRİM) İqtisadi və Ətraf Mühit cinayətlərinin araşdırılması üzrə Norveç Milli İdarəsi (The Norwegian National Authority for Investigation and Prosecution
of Economic and Environmental Crime)
Birləşmiş Krallıq: Ağır Talançılıqla Mübariə idarəsi (Serious Fraud Office)

3-cü modelə aid:Preventiv(önləyici) və Siyasi-koordinasiya Təşkilatları (Preventive and Policy Co-ordination Institutions)
Fransa: Korrupsiyanın Qarşısının Alınması üzrə Mərkəzi Xidmət
Sloveniya: Korrupsiyanın qarşısının alınması üzrə komissiya
Keçmiş Federal Yuqoslaviya Makedoniya Respublikası: Korrupsiyanın qarşısının alınması üzrə Dövlət Komissiyası
Albaniya: Antikorrupsiya Komissiyası və Monitorinq Qrupu

İndoneziya modeli
2002-ci ildə İndoneziyada Korrupsiyaya Qarşı Mübarizə Komissiyası yaradıldı (KPK). Yeni qurum polis və baş prokurorla birgə işləmək və hər hansı bir dövlət məmurunu istənilən korrupsiya növünə görə araşdırma və cinayət məsuliyyətinə cəlb etmək səlahiyyəti verildi. Qurum dövlət bayrağının çalarlari ilə rənglənmiş ayrica binada fəaliyyət göstərərək minə yaxın dövlət məmurunu cəzaya məhkum etdi. 
İndoneziyanın korrupsiyaya qarşı müvəffəqiyyət modelinin xüsusiyyətləri:
KPK-nin müqstəqil qurum kimi fəaliyyət göstərməsi (heçkim müdaaxilə etmir)
KPK-nin fövqəladə səlahiyyətlərə malik olması (hakimin qərarı olmadan istənilən subyektin sorğulanması (çünki İndoneziyanın məhkəmə sisteminin özü korrupsiya halları yetərincə olan bir qurumdur)
KPK-nın siyasi spektrdakı hədəflərə qulluq etməsi

Honkong Xüsusi İdarəetmə Regionu - Korrupsiyaya qarşı Müstəqil Kommissiyası (İCAC).
(Hüquqi qüvvəyə malik müxtəlif məqsədli anti-korrupsiya qurumları modelleri qisminə aid)

1974-cü ildə Hong Kongda ictimai xadimlər və iş adamları da daxil olmaqla müstəqil müşahidəçilərdən ibarət “Korrupsiyaya qarşı Müstəqil Komissiya” (İCAC) yaradılır. Hong Kongda həm də   "korrupsiya prezumpsiyası" yanaşması tətbiq edilir.Buna əsasən məmurlar öz əmlakının legitimliyini  sübut etməlidir. 
Qurumun Mandatı 3 əsas funksiyanın birləşməsindən ibarətdir: 
effektiv tədqiqat və müəyyən etmə vasitəsilə korrupsiyanın təqib edilməsi;  
korrupsiya-müqavimətli təcrübələrin təqdim edilməsi ilə korrupsiyaya şərait yaradılmasının qarşısının alınması;
ictimaiyyətin korrupsiyaya qarşı maarifləndirilməsi və bu sahədə onların dəstəyinin vurğulanması.
İCAC birbaşa olaraq dövlət başçısına hesabat verir.Qurum 3 departamentdən ibarətdir:
Əməliyyatlar departamenti
Korrupsiyanın qarşısının alınması üzrə departament
İctimaiyyətlə əlaqələr departamenti
Korrupsiyanın qarşısının alınması üzrə departament Vətəndaş Xidmətləri Bürosu ilə birgə dövlət qulluqçulari və ictimaiyyət üçün maarifləndirici tədbirlər həyata keçirir (web portalın təsis edilməsi, qeyd kitabçalarının nəşri).
İCAC tərəfindən Korrupsiya cinayətlərinin araşdırılması və mühakiməsi necə həyata keçirilir?
1.ICAC Hesabat Mərkəzi korrupsiya haqqında şikayəti qəbul edir 
2.ICAC tərəfindən araşdırılır və  təsnif edilir;
3.Şikayət üzrə İCAC-ın Əməliyyatlar Departamenti tədbir həyata keçirir.
4.Sübut olunmuş hallar Ədliyyə Departamentinə təqdim edilir. 
5.Korrupsiyanın mühakiməsi Ədliyyə Departamentinin Kommersial Cinayət və Korrupsiya qurumu tərəfindən təşkil edilən 2 İCAC sessiyası tərəfindən aparılır.
6.Son hesabat İCAC-ın Əməliyyatlara Nəzarət Komitəsinə təqdim olunur.
İCAC öz heyəti üçün daim ümumi təlim və davamlı təlimlər təşkil edir. Eyni zamanda İCAC-ın işçiləri (officers) ölkədən kənarda professionallıq və menecment üzrə təlimlərdə iştirak edirlər.
Büdcə baxımından İCAC dünyada ən çox nümunə göstərilən antikorrupsiya agentliklərindəndir. İllik büdcəsi85 -100 milyon ABŞ dolları təşkil edir.
İCAC Alt Komitələri:
Korrupsiya üzrə Məsləhət Komitəsi
Əməliyyatlara Nəzarət Komitəsi
Korrupsiyanın qarşısının alınması üzrə Komitə
Vətəndaşlara məsləhət və İctimaiyyətlə əlaqələr üzrə Komitə


Danimarka Modeli
Danimarka anti-korrupsiya səviyyəsinə görə Avropa Birliyi ölkələri arasında ən yüksək reytinqə və ən fərqli təcrübəyə sahibdir.Burada Xüsusi Korrupsiya idarəsivə ya  qurumu yoxdur.Korrupsiyaya qarşı mübarizə hüquqi qurumlar tərəfindən həyata keçirilir. Danimarkada cəmiyyət çox  fəaldır.Hər bir vətəndaş şübhəsi varsa həmn müraciət edə,xəbər verə bilər.Məmurlar korpusuna əsas nəzarət funksiyalarından biri - Parlamentin (Фолькетинг)ixtiyarındadır.İstənilən deputat naziri korrupsiya ilə balı sorğulaya bilir.
Danimarkanın daha bir nadir təcrübəsi komissiyaların analoqu kimi-“Dövlət və Biznesin Ortaq antikorrupsiya korporasiyaları” yaratmasıdır.Beləliklə hər bir qurumda total olaraq korrupsiyaya qarşı müqavimət yaradılır.Danimarka Ticarət Şurası bu sahədə hər cür dəstək göstərir. Danimarka Beynəlxalq İnkişaf Agentliyi(DANİDA) “rüşvət almamaq haqda deklarasiya” tələb edir.
 Korrupsiyaya qarşı mübarizə məqsədilə, Danimarka hökuməti ombudsmanlardan ibarət antikorrupsiya agentliyi təsis edib. Yeddi hüquqşünas, beş heyət üzvü, bir ofis direktoru və böyük köməkçidən ibarət olan agentlik hakimlərin istisna olmaqla, digər orqanların səlahiyyətlərinə tabe olan bütün dövlət qulluqçularına nəzarət edir. Hökumət, eyni zamanda, kommersiya rüşvətinə, mənimsəmə və fırıldaqçılığa qarşı mübarizə aparmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində Rüşvət əleyhinə Transmilli  Agentlik yaradıb.
Gildiyalar Korrupsiyaya qarşı qoruyucu vasitə kimi:
Danimarka gildiyası dünya bazarlarında kommersiya rüşvətxorluğunun qarşısını almaq üçün təlimat və hüquqi təhsil verir. Gildiya işçiləri bir Danimarka şirkətinin kommersiya rüşvətində və ya korrupsiyada şübhəli bilindiyini bildikdə dərhal həmin şirkəti Danimarka hökümətinə bildirir və daha sonra araşdırmanı davam etdirir.

Rusiya modeli
2013-cü ildə Rusiya Federasiyası Prezident Aministrasiyası (RFPA) nəzdində idarə yaradılmış və prezident V. Putinin bununla bağlı müşavirədə verdiyi: “Bəs həbslər hanı?”( «Посадки где?»)  sualından sonra güclənmişdir. Başlıca şüar: “Toxunulmaz heç kim yoxdur!”kimi müəyyən edilib.Korrupsiya ilə bağlı Rusiya prezidentinin tabeliyində  5 qurum,Nazirlər Kabinetinin tabeliyində 7 qurum və Parlamentin tabeliyində-Hesablama Palatası mövcuddur. 2013-2017-ci illərdə  Rusiyada yüzlərlə qubernatorlar korrupsiyaya görə dəyişdirilib.  

Rumınya modeli
(2-ci-Hüquq Mühafizə tipli Təşkilatlar modelinə aid anti-korrupsiya modeli)
Milli Anti- Milli Antikorrupsiya İdarəsi:
2002-ci ildə Rumıniya Milli Antikorrupsiya Prokurorluğunu (NAPO) yaratdı hansıkı daha sonra 2006-cı ildə Milli Anti-korrupsiya İdarəsinə çevrildi (NAD).NAD Respublika Ədliyyə və Kassasiya üzrə Ali Məhkəməsinin Prokurorluq Ofisinin bir hissəsidir. NAD sərt korrupsiya cinayətlərini araşdırmaq və mühakimə etmək mandatına malik ixtisaslaşdırılmış mühakimə xidmətidir. NAD daxilində işləyən prokurorlar NAD-a bağlı məhkəmə polis məmurları tərəfindən aparılan araşdırmalar, o cümlədən məhkəməyə qədər istintaq fəaliyyətinə sifariş vermək, rəhbərlik və nəzarət etmək kimi funksiyaları həyata keçirir. Hər hansi məsələ ilə əlaqədar yardıma ehtiyac olduğu halda NAD prokurorları iqtisadi, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə qurumun mütəxəssislərinin texniki fəaliyyətlərinə nəzarət edir, onları yönləndirir və əmr edir. NAD prokurorları eyni zamanda məhkəmələrdə həyata keçirilən kriminal mühakimə funksiyasını həyata keçirir.
Qanunvericilik NAD prokurorlarına və müstəntiqlərinə aşağıdakı xüsusi səlahiyyətləri verir:
Nəzarəti gizləmək
Kommunikasiyaların dinlənilməsi
Müstəntiqləri gizləmək
Informasiya sisteminə və maliyə datasına giriş 
Maliyyə əməliyyatlarıın monitorinqi
NAD-ın ərazi üzrə Apelyasiya Məhkəmələrinə tabe olan ayrıca 15 regional idarəsi var. NAD-ın sədri Baş Prokuror hesab edilir (dərəcəsinə görə Ədliyyə və Kassasiya Ali Məhkəməsinin General Prokuror müavinidir. NAD-ın Baş Prokuroru və onun səlahiyyətləri- 3 il müddətinə mandata malik olmaqla Üstün hakimiyyət Şurasının rəyi və Ədliyyə Nazirliyinin təklifinə əsasən Rumınyanın Prezidenti tərəfindən seçilir.

Fransa modeli-3-cü: Preventiv və Siyasi-koordinasiya Təşkilatları qisminə aid modelinə aiddir
Müxtəlif beynəlxalq qiymətləndirmələrə görə, Fransa hazırda Qərbi Avropanın ən korrupsiyalaşmış ölkələrindən biridir. Beynəlxalq Şəffaflıq Reytinqində 22-30-cu sıralar arasındadır.
Korrupsiyanın Qarşısının Alınması üzrə Fransa Mərkəzi Xidməti (Service Central de Prévention de la Korrupsiya - SCPC) 1993-cü ildə yaradılıb. Qurum Ədliyyə Nazirliyinə tabedir. SCPC həcm baxımından kiçik qurum  hesab edilsə də müxtəlif administrativ və məhkəmə orqanları tərəfindən dəstəklənən ekspertləri özündə birləşdirir. SCPC axtarış altında olan risklər və korrupsiya halları üzrə informasiya toplayaraq müstəqil ekspert fəaliyyəti göstərir. SCPC ictimai və özəl müəssisələrə davranış qaydaları üzrə təlimlər keçir.
Qanun SCPC- ni Ali baş Prokuror nəzdində xidmət göstərən qurum kimi ixtisaslaşdırır.
SCPC-nin mandatı:
İctimai fəaliyyətdən qanunsuz istifadə, passiv və aktiv  korrupsiya hallarının qarşısının alınması, kimi məsələlərlə bağlı informasiyanın mərkəzləşdirilməsi
Korrupsiya hallarının araşdırılması, mühakiməsi və nəticələndirilməsi ilə bağlı məhkəmə institutlarında onların özlərinin tələbi əsasında köməklik göstərmək
İdarəetmə orqanlarını onların tələbi əsasında korrupsiyanın qarşısının alınması kimi problemlərdə rəylərlə, məsləhətlərlə təmin etmək.
Misal üçün SCPC dövlətin tələbi əsasında qanun layihələrinə rəylər verə bilər. Lakin SCPC cinayət halları və administrativ prosesləri araşdırmaq səlahiyyətinə malik deyil. Lakin bununla bağlı şübhəli hal aşkarlandıqda SCPC dərhal Dövlət Prokuroruna (Procureur de la République) bu barədə müraciət göndərir. Cinayət işi açıldıqda SCPC dərhal prosesdə iştirakını sonlandırır.
SCPC fiziki və qanuni şəxslərdın informasiya toplaya bilər, lakin qanun ona bu öhdəliyi vermir. SCPC illik fəaliyyəti barədə Baş Nazirə və Ədliyyə Nazirliyinə hesabat verir. Hesabat daha sonra ictimailəşdirilir. 
SCPC Ədliyyə Nazirliyinin nəzdində öz maliyyə büdcəsinə malikdir. Büdcə qurumun sədri tərəfindən idarə olunur.

Korrupsiyaya qarşı Beynəlxalq siyasətdə yeni strategiyalar
Korrupsiyaya qarşı son beynəlxalq müqavilələr və Birləşmiş Millətlərin Korrupsiyaya qarşı Konvensiyası iki növ anti-korrupsiya institutunun mövcudluğunu tələb edir:
Korrupsiyanın qarşısını alan orqan;
Hüquq mühafizə orqanları vasitəsilə korrupsiyaya qarşı mübarizə aparan bir orqan, orqan və ya şəxslər.
Korrupsiyanın qarşısının alınması və hüquq-mühafizə orqanları vasitəsi ilə korrupsiyaya qarşı mübarizə çoxşaxəli funksiya ehtiva edir. Bununla əlaqədar dövlətlər korrupsiya ilə mübarizəyə qarşı qurum təsis edərkən aşağıdakı faktorları nəzərə almalıdır:
Siyasətin inkişafı, tədqiqat, monitorinqi və koordinasiyası. Qeyd olunan funksiyalar anti-korrupsiya tədbirlərini effektivliyi, qiymətləndirilməsi, korrupsiyanın səviyyəsi və tədqiqat trendlərini özündə birləşdirir. Funksiyalar daha sonra siyasət inkişafı və koordinasiya, eyni zamanda anti-korrupsiya strategiyalarının və fəaliyyət planlarının işlənməsi, icra tədbirlərinin monitorinqi və əlaqələndirilməsi kimi prosesləri ehtiva edir.
Güc strukturlarında korrupsiyanın qarşısının alınması. Bəhs edilən funksiyalar ictimai institutlarda etikanın təbliği, ictimai qulluğu qaydaları və məhdudiyyətlərinə dair xüsusi tədbirlərin həyata keçirilməsini özündə birləşdirir. Xüsusi olaraq vurğulasaq, qeyd olunan funksiyalar maraq toqquşmalarının qarşısının alınması, rəsmilər tərəfindən öhdəliklərin bəyan edilməsi, təqdim olunmuş informasiyanın təsdiqlənməsi və bəyannamələrin ictimai əlçatanlığı kimi məsələləri nəzərdə tutur.
Təhsil və maarifləndirmə. Bu sahəyə ictimaiyyət üçün maarifləndirici proqramların yerinə yetirilməsi, ictimai-maairfləndirmə kompaniyalarının təşkili, media, QHT, iş adamları və ictimaiyyət ilə birgəfəaliyyət daxildir.


Nəticə :Antikorrupsiya institutlarının 2-ci - Hüquq-mühafizə modelinə aid olan Azərbaycanda vəziyyət vətövsiyyələr
2004-cü ildə yaradılmışAzərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyasını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Bu günlərdə, 2009-cu ildən sonra ilk dəfə Korrupsiya Komissiyasının tərkibi yenilənmişdir. Milli Məclisin 2020-ci il iyunun 5-də keçirilən iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri təyin edilmişdir.
Ekspert və tədqiqatçıların Antikorrupsiya orqanlarının institusionallaşması məsələsində 2 mövqeyi bir birindən dən fərqlənir. Hesab edilir ki, 1.qabaqcıl demokratik ölkələr və 2.demokratiyaya nisbətən yeni keçid alan ölkələr fərqləndirilməlidir.Buna müvafiq olaraq da, korrupsiya strukturları institutsionallaşmalıdır. Əgər 1-ci tip ölkələrdə ayrı-ayrı antikorrupsiya orqanlarının yaradılması özünü doğruldursa, 2-ci tip ölkələrdə, çoxfunksiyalı (multifunctional)   vahid antikorrupsiya orqanının yaradılmasını ən optimal model hesab edilir.  Xüsusi yaradılmış vəzifəli şəxsin - antikorrupsiya komissarının ixtisaslaşdırılmış fəaliyyəti kimi yaradılan antikorrupsiya institutu-həm profilaktika,həm mübarizə, həm də maariflənmə  funksiyalarını koordinasiya edir və həyata keçirir.Ən son reytinqlərə (Avropa Şurası Korrupsiya əleyhinə dövlətlər qrupu(The Group of States against Corruption;GRECO) görə, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerdədir
Azərbaycanda antikorrupsia strategiyası və taktiki model kimi Korrupsiya ilə mübarizəKomissiyasının fəaliyyətinınəzər yetirdikdə görünür ki, əsasən dünya təcrübəsinə uygundur. Eyni zamanda müəyyən fərq də mövcuddur. Belə ki,Azərbaycanda Komissiya tərkibində iş adamları, iqtisadi-biznes sisteminin  təmsilçisi yoxdur. Bu nöqsan sayıla bilər. Çünki korrupsiya halları arasında iqtisadi cinayətlərin sayıçoxdur. Fikrimizcə,müsbət dünya təcrübəsində olduğu kimi,biznes-iş adamları bəhs edilən Komissiyaya daxil edilməlidir.
İstifadə edilmiş ədəbiyyat:
1.Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası//http://www.antikorrupsiya.gov.az/view.php?lang=en&menu=0
2.Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında//https://www.meclis.gov.az/?/az/law/2467/1
3.Anti-corruption Strategies:Understanding What Works, What doesn’t and Why?Lessons learned from the Asia-Pacific region Anticorruption in transition. A contribution to the policy debate. The World Bank. Washington, D.C., 2000.84 p.
4.A Comparative Analysis ofAnti-corruption Machineryof State//https://accountabilitynow.org.za/wp-content/uploads/2017/07/Comparative-analysis-of-anti-corruption-machinery-of-state-final.pdf
5.Becker G. Crime and Punishement: An economic approach // The Journal of Political Economy, 1968, vol.76, №2.
6.Comparative Study of Anti-Corruption Systems, Efforts and Strategies in Asian Countries: Focusing on Hong Kong, Singapore, Malaysia, and Korea//https://doi.org/10.1142/9789812795397_0014
7.Husted B. W.Wealth, Culture and corruption // Journal of international business studies, 30, 2, 1999, p. 354
8.Global Corruption Barometer//https://www.transparency.org/en/publications

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin eksperti
Lalə Əkbərova