Araqçi: “Amerikalılara heç bir güvənimiz yoxdur”

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehran rəhbərliyi atəşkəsin qorunmasına çalışır, lakin ABŞ-yə etimad göstərmir.

Sherg.az xəbər verir ki, İranlı nazirin sözlərinə görə, Tehran diplomatiyaya şans vermək niyyətindədir, amma qarşı tərəfin ciddi olması vacibdir: “Biz həm diplomatiyaya, həm də yenidən müharibəyə hazırıq”.

Araqçi qeyd edib ki, ABŞ tərəfi danışıqlara qayıtmaq üçün mesajlar göndərir, lakin “amerikalılara heç bir güvənimiz yoxdur”.

Nazir həmçinin Hörmüz boğazındakı vəziyyətin mürəkkəb olduğunu bildirib və İranla müharibə vəziyyətində olmayan ölkələrin gəmilərinin boğazdan keçə biləcəyini deyib.

Eyni zamanda ABŞ mediasında Prezident Donald Trampın Çin səfərindən sonra İrana qarşı yeni hücum variantını nəzərdən keçirdiyi barədə iddialar yayılıb.