Netanyahu: İsrail Qəzza zolağının 60 faizinə nəzarət edir

İsrailin Baş naziri Binyamin Netanyahu ordunun hazırda Qəzza zolağı ərazisinin 60 faizinə nəzarət etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Netanyahu cümə axşamı Qüds Gününə həsr olunmuş tədbirdə deyib: "Son iki ildə biz bütün dünyaya gücümüzü göstərdik. Bütün girovlarımızı son nəfərə qədər evə gətirdik. Bu gün biz Qəzza zolağının 60 faizinə nəzarət edirik"

ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasındakı razılaşmasının şərtlərinə əsasən, İsrail qoşunları Qəzzada "sarı xətt" adlanan ərazidən çəkilməli və Fələstin ərazisinin 50 faizindən çoxunu nəzarət altında saxlamalı idi.

Netanyahunun açıqlaması isə İsrail ordusunun daha geniş əraziyə nəzarət etdiyini göstərir.